“İş yerinə dair arayış” e-xidmətinə 752,4 min dəfə müraciət olunub
Tarix: 04.12.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət olunmadan, bunun üçün müəyyən vaxt sərf edilmədən, istənilən vaxt iş yerinə dair arayış əldə edə bilməyə imkan verir. Bunun nəticəsidir ki, həmin e-xidmətə müraciətlərin sayı artmaqda davam edir və cari ilin noyabr ayında da “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artaraq 35452-yə çatıb.
Müvafiq autentifikasiya vasitələrindən istifadə etməklə sistemə “E-hökumət” portalına daxil olan istifadəçi burada “E-xidmətlər” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidmətini seçir. Bu elektron xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur və “Yeni arayış” menyusu seçildikdən sonra istifadəçi müvafiq məlumatları daxil edərək iş yeri ilə bağlı arayışı formalaşdırır. Həmçinin istifadəçinin aidiyyəti üzrə arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən, konkret quruma təqdim etmək üçün, yaxud ümumi təyinatlı arayış kimi formalaşdırmaq, onu istər kağız formasında çap edərək təqdim etmək, istərsə də lazımi elektron ünvana göndərmək və s. imkanları vardır.
“İş yerinə dair arayış” xidməti kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayır. Digər tərəfdən, bu e-xidmət iş yeri ilə bağlı arayış alınması və təqdim olunması sahəsində bir sıra bürokratik halların aradan qalxmasına, arayışlarda bir qayda olaraq real və dürüst məlumatların əksini tapmasına şərait yaradır. Qeyd olunan amillər isə müvafiq qurumlarda “İş yerinə dair arayış” e-xidməti vasitəsilə formalaşan arayışlara üstünlük verilməsinə səbəb olub.
İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 752,4 min dəfə müraciət olunub ki, bu da “E-hökumət” portalındakı 18 növdə e-arayış xidmətləri üzrə ümumi müraciətlərin təqribən yarıya qədərini təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info