Azərbaycan Astanada xeyriyyə sərgisi və yarmarkasında təmsil olunub
Tarix: 04.12.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq Yeni il qabağı xeyriyyə sərgisi və yarmarkası keçirilib.
Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən aksiyada 54 ölkənin səfirliyi iştirak edir.
Azərbaycanın Qazaxıstandakı səfirliyi bu il keçirilən aksiyada ilk dəfə olaraq ölkəmizi təmsil edib.
Xeyriyyə yarmarkasında xüsusilə Azərbaycandan gətirilən məhsullar, Astanada hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları, mətbəximizə aid müxtəlif təamlar böyük marağa səbəb olub. Eləcə də Azərbaycan şərabları, nar şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında olub.
Şəhər sakinlərinə və qonaqlara Azərbaycan suvenirləri, simvolik hədiyyələri, milli kulinariyamıza aid olan şəkərbura, paxlava və digər şirniyyat növləri təqdim olunub. Azərbaycanın müxtəlif növ çay məhsulları sərginin ən diqqətdə olan məhsulları sırasına aid edilib. Meyvələrdən hazırlanan mürəbbələr, müxtəlif şirələr və kompotlar yalnız Azərbaycan səfirliyinin hazırladığı stenddə nümayiş olunub ki, bu da yarmarka iştirakçılarının daha çox diqqətini çəkib.
Ümumiyyətlə, sərgidəki Azərbaycan xalçaları, şallar, kəlağayılar, kulinar nəşrlər mədəniyyətimizin, tariximizin nə qədər zəngin olduğunu bir daha sübut edib.
Sərgi-yarmarka çərçivəsində iştirakçı ölkələrə tur-səfərlərin təşkili üçün 23 aviabiletin olduğu müsabiqə keçirilib. Azərbaycan haqqında daha çox məlumatı olan qonaqlara hədiyyələr verilib.
Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış ediblər.
Sərgi-yarmarkadan əldə edilən gəlirlər ehtiyacı olan uşaq evlərinə göndəriləcək.
Artıq 10 illiyi qeyd olunan Diplomatik Korpus Rəhbərləri Xanımlarının Klubu burada təmsil olunan ölkələrin tarixi, mədəniyyəti və coğrafiyası, eləcə də mənsub olduğu digər zəngin irs barədə vaxtaşırı belə aksiyalarda iştirak edir, xalqlar arasında etimad körpüsü yaradır.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi köklərin öyrənilməsi məqsədilə növbəti ildə də müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info