Ağsunun Padar kəndinə içməli su verilib
Tarix: 04.12.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Ağsu şəhərinin içməli su problemi həll edildikdən sonra, belə layihələrin icrası kəndlərdə də davam etdirilir. Kəndlərin içməli su probleminin həlli edilməsi mühüm hadisədir və sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. 
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. R.Sadıqov bildirib ki, sərəncama əsasən, respublikanın 28 rayonunun 170 kəndində layihə icra olunub. Bu layihələrdən ümumilikdə 271 min nəfər kənd sakini faydalanacaq: “Cari ilin may-iyun aylarından kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və indiyədək işlərin 95 faizə qədəri icra edilib. Bu gün açılış mərasimi keçirilən Padar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr kənddaxili su xətti çəkilib, 12 ədəd bulaq quraşdırılıb. Növbəti illərdə Ağsu rayonunun su çatışmazlığı müşahidə olunan digər kəndlərində belə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır”.
 
Qeyd edək ki, Ağsu rayonunda icra olunan layihə 20 yaşayış məntəqəsini - Padar, Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Hacıqədirli, Ərəbsarvan, Axundlu, Gursulu, Kəlağaylı, Nəmirli, Bənəcik, Göydəlləkli, Xəlilli, Qaraməmmədli, Navahı, Ülgüc və Bico kəndlərini əhatə edib. Layihəyə əsasən, 18 kəndə içməli suyun Külüllü mənbəyindən, Bico və Gəgəli kəndlərinə isə digər mənbələrdən verilməsi nəzərdə tutulub. İndiyədək 18 kənddə layihənin icrası yekunlaşıb, içməli suyun verilməsinə hazırlıq görülür. Rayonun Bico kəndində tikinti-quraşdırma işləri ilin sonuna qədər tam başa çatdırılacaq. Gəgəli kəndində isə sutəmizləyici qurğunun və su anbarının inşasına hazırlıq görülür. Ümumilikdə bu kəndlərdə 33 km su xətləri çəkilərək 119 ədəd bulaq quraşdırılıb. Layihələrin icrasından Ağsu rayonunun 20 kəndində 11 min nəfər sakin faydalanacaq.
 
Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama əsasən, layihələrin həyata keçirilməsi üçün  “Azərsu” ASC-yə  14 mln. manat ayrılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info