Ermənilər faşistə heykəl qoyulmasına haqq qazandırmağa çalışırlar
Tarix: 04.12.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Mübaliğədən uzaq olsa da, hazırda Ermənistanı «dəvəsi ölmüş ərəblə» müqayisə etmək olar. Bu, bizim qənaətimiz deyil. Bunu son vaxtlar erməni siyasətçiləri də etiraf etməkdədirlər Bir müddət bundan əvvəl Rusiyada yaşayan erməni Serqey Kurqinyana meydan oxuyan İrəvan mətbuatı iqtisadçı jurnalist Hayk Gevorkyanın etirafı qarşısında, deyəsən, acizlik nümayiş etdirir.
Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ərəfəsində Ermənistanı böyük yollar kəsiyində «daş üzərində oturmuş min yaşlı bayquşa» bənzədən erməni jurnalist, təbii ki, bunu Ermənistanda yaşananlara istinadən bəyan edirdi. «Suda boğulan saman çöpündən belə, imdad dilər»-budur Ermənistanın bugünkü reallığı. İrəvanın Avropa İttifaqı ilə bağladığı sazişə ümidinin hansı effekt verəcəyi də sual altındadır. Lakin son günlər erməniləri Rusiya KİV-lərində yer alan məqalələr yaman rahatsız edib. Ermənilərin «news.am» saytında yer alan məqalə də bununla bağlıdır. İlk olaraq Avropa İttifaqı ilə bağlanan sazişi fədakarlıq kimi qələmə verən ermənilər, Rusiya mətbuatının dediklərini «peşəkarlığın tam olmaması, təcavüzkar ritorika» kimi dəyərləndirirlər. ”News.am” yazır: «Ağzı köpükllənən bəzi mütəxəssislər Ermənistanın Avropa İttifaqı tərəfindən aldadıldığını (hərifləndiyini də demək olar) sübut etməyə çalışaraq, Rusiyanın nankor qardaşından sillə zərbəsi aldığını iddia edirlər. Belə ki, «NTV» telekanalında yayımlanan verilişlərin birində, bəzi ekspertlər Ermənistanın hərəkətini «ərli arvadın zəngin sevgili axtarışında» olan qadınla müqayisə etdilər.
Rusiyanın bir çox ekspertləri Ermənistanın Rusiyasız dövlət kimi məhv olacağını iddia edirlər. Məsələn, siyasətşünas Serqey Kurqinyan "Birinci kanal" da yayımlanan "Vaxt göstərəcək" proqramında iştirak edib: «İrəvan Rusiyanın təsir dairəsini tərk edərsə, yüzlərlə il əvvəl olduğu kimi - türklərlə farslar arsında qalacaq. Bu da ermənilərin hər iki xalq tərəfindən məhv edilməsinə səbəb olacaq. Əgər Ermənistan mövcud olmasını istəyirsə, o, Rusiyanın təsirində qalmalıdır». Təsəvvür edirsiniz, erməni «siyasətçi»nin bu "yüngül" düşüncəsi, demək olar ki, Rusiyanın Ermənistanla bağlı bütün məqalə və televiziya şoularında qırmızı bir xətlə keçir”.
Sayt yazır ki, qalmaqalları ilə ad çıxarmış siyasətçi Sergey Markovu Ermənistanla bağlı başqa bir şey qəzəbləndirir. O, erməni xalqının «qəhrəman oğlu» Qareqin Nijdeni «faşist» çağırmağı tələb edir. Belə ki, Nijdeyə abidə qoyulması Markova heç cür rahatlıq vermir. Utanıb-qızarmadan sayt iddia edir ki, “Məgər suveren bir dövlət olan Ermənistan özünün layiqli qəhrəmanına ölkə daxilində abidə qoya bilməz?”
“News.am”-in fikrincə faşist Njdeyə abidə qoyulmasını ruslar alqışla qarşılamalıdırlar: ”Rusiya mətbuatının belə mövqeyi Ermənistan vətəndaşları tərəfindən o qədər də yaxşı qarşılanmır. Əlbəttə ki, bunu rusiyalı jurnalistlərlə yanaşı, ekspertlərin özləri də yaxşı başa düşürlər. Lakin sual doğur, onlar bunu niyə edirlər. Nə üçün hər iki dövlət arasında süni antipatiyanın yaranmasına şərait yaradırlar».
Belə görünür ki, artıq Rusiya siyasətçi və yazarları ermənilərin əsl sifətini anlamağa başlayıblar. Qeyd edək ki, ötən əsrdə yaşamış erməni tarixçi Qevorq Aslan yazırdı ki, dövlətçiliyi olmayan erməni üçün fərqi yoxdur, «Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info