“Yeni Qazax Şeiri Antalogiyası“ kitabının təqdimat mərasimi keçirilib 
Tarix: 04.12.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Yeni qazax şeiri antologiyası” kitabının təqdimatı keçirildi. Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə keçirilən təqdimatda “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Qazaxıstanın görkəmli şairi Almaz Əhmədbəyoğlu, “Yeni qazax şeiri antologiyası” kitabının tərtibçisi Tanagöz İlyas, Qırğızıstanın istedadlı şairi Muhtehbala Sarıbay, Qazaxıstan və qırğızıstanlı gənc yazarlar və mətbuat nümayəndələri iştirak edib.
Təqdimatın açılışını edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, “Yeni qazax şeiri antologiyası” kitabının Bakıda gün üzü görməsi bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir: “Belə antologiya ilk dəfədir hazırlanır. Qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir. Etiraf edək ki, bizdə Qazax ədəbiyyatı deyincə, adətən, Abay, Cambul və Oljas Süleymenovun adları çəkilir, “Türk xalqları ədəbiyyatı” antologiyalarında da, əsasən bu adları görürük. Əslində, bu görkəmli adlarla yanaşı, tanımalı olduğumuz onlarla başqa qazax ədibləri də var. Beləliklə, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni və ən yeni nəsli tanımaq, neçə-neçə dostluqların, iş birliklərinin əsasını qoyacaq. İlk növbədə öz planında ədəbiyyat təsərrüfatımızda canlanma yaradacaq, müəyyənlik gətirəcək. Qazaxıstanın mövcud ədəbi mənzərəsini bir kitab boyunca izləmək imkanı fərqləndiriləsi və dəyərləndiriləsi haldır”.
S.Vəliyeva qeyd edib ki, elə bilirəm, həm də bu antologiya özü dostluğun bəhrəsidir, həm dostluq qardaşlıq çələngidir, həm də, antologiyanın hazırlanması prosesi də yeni dostluqlara səbəb olub: ““Yeni qazax şeiri antologiyası” dövlət qurumlarının hazırladığı nəşr deyil, qardaş xalqlarımızın yeni nəsil yazarları arasında işbirliyinin məhsuludur. Məncə, bax, bu məqam da, özünəməxsus gözəllik daşıyır.
Daha sonra çıxış edən Almaz Əhmədbəyoğlu bildirib ki, bu gün burada qazaxıstanlı yazarların şeirlərindən ibarət olan kitabın təqdimatına yığışmışıq: “Qardaşlıq iki ölkə arasında bir körpü rolunu oynayır. Bura gəldikdən sonra azərbaycanlı qardaşlarımızı daha da yaxından tanımaq imkanımız oldu. Şeirlərimizi bizim üçün burada keçən hər anımıza xatirə olaraq saytlarda, qəzetlərdə nəşr edəcəyinizə, telekanallarda yayımlayacağınıza əminik. Bu günə kimi Türk dünyasında yazıb yaradan yazıçılarımız, şairlərimiz çoxdur. Bunların sırasında Nizami, Nəsimi, Əlişir Nəvai, Füzuli kimi sənətkarlar mövcuddur. Bundan sonra Türk dünyasında bu karvana Sona Vəliyeva başçılıq edəcək”. A.Əhmədbəyoğlu Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi adından Sona Vəliyevaya təşəkkür məktubunu təqdim edib: “Hörmətli Sona xanım Vəliyev, Qazaxıstan Respublikası adından Qazaxıstan-Azərbaycan münasibətlərində böyük əmək sərf etdiyiniz üçün sizə təşəkkür edirik. Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əhməd Qoşalı, Mətbuat Şurasının sədr müavini  Umud Rəhimoğlu, tanınmış jurnalist Azər Həsrət və Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Yakutiya, Özbəkistandan gələn şairlər çıxış edərək Türk dövlətləri arasında münasibətlərin inkişafında ədəbiyyat adamlarının rolundan danışdılar.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info