ADU təmsilçiləri beynəlxalq mədəniyyət festivalında
Tarix: 04.12.2017 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Cənub-Şərqi Asiya, İndoneziyaşünaslıq ixtisasının III kurs tələbəsi Özləm Soytürk və bu ixtisasın 2017-ci il məzunu Leyla Qarayeva İndoneziya hökumətinin təsis etdiyi Darmasiswa təqaüd proqramı çərçivəsində İndoneziyanın Bandunq şəhərində yerləşən İncəsənət və Mədəniyyət İnstitutu və Pacacaran Universitetində təhsillərini davam etdirirlər. Özləm Soytürk və Leyla Qarayeva müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün təşəbbüs göstərirlər. Bu məqsədlə onlar Pacacaran Universitetində keçirilmiş beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla təmsil ediblər. Hər il təşkil edilən bu festivalda bu il Fici, Vyetnam, Çin, Tacikistan, Əfqanıstan, Tailand, Laos, Madaqaskar, Ukrayna, o cümlədən Azərbaycan da daxil olmaqla 50-dən çox ölkə təmsil olunub. Təmsilçilərimiz Özləm Soytürk və Leyla Qarayeva tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, təbiəti və mədəniyyəti haqqında İndoneziya dilində ətraflı məlumat veriblər. Onlar, həmçinin hazırladıqları milli mətbəximizin ən məşhur xörəklərindən biri olan dolma və soyuq içki növü ayranı qonaqlara təqdim ediblər. Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin təamlarını maraqla qarşılayıb.
Bundan əlavə, İndoneziya milli rəqsini ifa edən Leyla Qarayeva digər iştirakçılar arasında üçüncü yer tutaraq müəyyən məbləğdə pulla da mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info