“Azərbaycan xalqının qoruduğu alman irsi dostluğumuz üçün möhkəm bünövrədir”
Tarix: 04.12.2017 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Göygöldə görülmüş işlərlə tanış olmaq üçün rayona gəliblər.
Səfər çərçivəsində keçirilmiş tədbirlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Milli Məclisin deputatı Rövşən Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar rayonun mərkəzində yerləşən alman lüteran kilsəsində, Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evində və Göygöl Tarix Diyarşünaslıq Muzeyində olublar.
Məlumat verilib ki, 1854-cü ildə alman koloniyaçıları tərəfindən inşa edilən Helenendorf (indiki Göygöl) mərkəzi lüteran kilsəsində uzun müddət yerli sakinlər tərəfindən dini mərasimlər icra edilib. İkinci Dünya müharibəsində almanların bu yerlərdən köçürülməsi ilə əlaqədar olaraq muzey binası uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Son dövrlərdə isə kilsə binası Göygöl Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərib. Hazırda muzeydə nümayiş olunan tarixi eksponatlar, xüsusilə vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və tarixi fotolar buranı ziyarət edənlərdə böyük maraq yaradır.
Sonra qonaqlar Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evinə gəliblər. Bildirilib ki, Viktor Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə 72 yaşında vəfat edib. Ata-babalarından miras qalmış evi və məişət əşyalarını satın almaq istəyənlər olsa da, Viktor onların heç birini satmayıb. Hazırda həmin əşyalar mənzildədir və rayon rəhbərliyi tərəfindən qorunur. Yenidən qurulması nəzərdə tutulan mənzil təmir olunduqdan sonra ev-muzeyi və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək. Həmçinin mənzil rayonun turizm marşrutuna salınacaq və qeydiyyata alınmış bütün əşyalar muzeyin eksponatları kimi nümayiş etdiriləcək.
Vurğulanıb ki, muzey mədəni mərkəz kimi Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkədə hökm sürən multikultural mədəni mühitin inkişafına öz töhfəsini verəcək.
Daha sonra qonaqlar alman iş adamına məxsus malikanədə yeni yaradılan Göygöl Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, yeni muzeydə almanların Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində məskunlaşmasına aid sənədlər və maraqlı fotolar əks olunub. Həmçinin muzeydə vaxtilə Göygöldə yaşamış almanların məişətini, adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilir.
Burada keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Hazırda həm respublikamızda, həm də Göygöl rayonunda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məhz bu il noyabrın 23-də UNESCO-da almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qeyd edilib ki, Göygöl rayonundakı tədbirlərin davamı kimi Şəmkir rayonunda konfrans keçiriləcək, sərgi açılacaq.
Sonra rayon icra hakimiyyətinin başçısı Arif Seyidov Göygöldə alman maddi-mədəni irsinin qorunması və təbliği istiqamətində görülmüş işlər barədə məlumat verib.
Almaniya səfiri Mixael Kindsqrab isə çıxış edərək bildirib ki, bu il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Eyni zamanda, hər iki xalq alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edir. Səfir qısa müddətdə Göygöldə Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasını yüksək qiymətləndirib. Vurğulanıb ki, Azərbaycanın hər yerində, xüsusən də Göygöl və Şəmkir rayonlarında qorunub saxlanılan alman maddi irsi hər iki xalqın gələcəkdə dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.
Tədbir Göygöl məktəblilərinin hər iki xalqın dilində səsləndirdiyi musiqilərlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info