“İctimai və dövlət maraqlarının təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu danılmazdır”
Tarix: 04.12.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Cəmiyyətin maraqlarını ifadə edən ictimai institutlar dövlətin maraqlarının təmin olunması sahəsində aktiv rol oynamalıdır. Bu həm daxili, həm də xarici palftormalarda fəaliyyəti əhatə edir. Məsələn, dövlət daxildə ictimai marağı ifadə edən müxtəlif sektorların inkişafını maliyyələşdirməklə onların maraqlarını təmin etmiş olur. Prezident yanındı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər fondların yaradılması ilə dövlət həmin sahələrin inkişafına dəstək verir. Həmin sahələrdə müxtəlif layihələri maliyyələşdirməklə ictimai marağın təmin olunmasına çalışır. Eyni zamanda dövlətin marağı tələb edir ki, ictimai institutlar, vətəndaş cəmiyyətinin ayrı-ayrı sektorunu əhatə edən qurumlar ölkəmizə, dövlətimizin maraqlarına qarşı yönələn təhdidlərə qarşı xarici platformalarda mübarizə aparsınlar. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov “Palitra”ya açıqlamasında bildirdi ki, ictimai maraqlar və dövlət maraqları müxtəlif meyilləri əhatə etsə də, kəsişən və bir-birini tamamlayan məqamları da kifayət qədərdir: “İctimai və dövlət maraqlarının qorunması bütün dövrlərdə prioritet olub və həmişə belə olacaq. Dövlət maraqları kimi daha dərin və strateji əhəmiyyət kəsb edən bir anlayışın bu qədər xüsusi önəm daşıması və onun qorunması üçün dövlət və cəmiyyətin birliyinin təmin olunması istiqamətində zəruri addımların atılması önəmlidir. Burada maraqlı tərəf kimi dövlət cəmiyyətin maarıfləndirilməsində və prosesin gerçəkləşməsi istiqamətində toplumun səfərbər olunmasında daha həssasdır. Çünki ağıllı cəmiyyətlər və intellektual cəhətdən inkişaf etmiş xalqlar üçün dövlət maraqları mühüm və həlledici əhəmiyyət kəsb edir. Biz bunun ən bariz nümunəsini çox yaxın keçmişimizdə və indinin özündə belə dünyanın siyasi gündəmində baş verən proseslərdə, siyasi kataklizmlərdə daha aydın görürük. Artıq müasir dünya gündəmi xeyli aşkar görünür və burada müasir elmin qüdrəti və onun gətirdiyi yeni texnologiyalar cəmiyyətləri xeyli açıq edib. İKT-nin qloballaşma prosesini xeyli sürətləndirməsi cəmiyyətin intellektual kəsiminin üzərinə əlavə məsuliyyət qoyub. Dünyada müxtəlif təhdid və təhlükələrin artması, ötən əsrin sonlarına yaxın dünyanın siyasi xəritəsinin dəyişməsi fonunda və bu prosesin davam etdiyi bir dövrdə 25 ildən bir qədər artıq müddətdə müstəqilliyini bərpa etmiş ölkəmizin milli dövlətçilik maraqlarının qorunması üçün daha çox milli birliyin formalaşdırılmasının vacibliyinin nə qədər uzaqgörənliklə atılmış addım olması bir daha özünü sübut etdi. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə azərbaycançılıq məfkurəsinin milli maraqların qorunmasında faktor olaraq yerini düzgün qiymətləndirdi. Bu ideya artıq cəmiyyətimizdə xeyli oturuşmuş, təhdid və təhlükələrə qarşı ciddi baryer yarada bilmişdir. İctimai və dövlət maraqlarının təmin olunmasında vətəndaş cəmiyyəti institutları, ənənəvi və sosial medianın rolu danılmazdır. Bu rolu gücləndirmək, daha çevik və dinamik etmək məqsədilə dövlətin dəstəyi, bu istiqamətdə həyata keçirilən layihələrdə donor olaraq iştirakı tamamilə doğru yanaşmadır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info