“Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”
Tarix: 04.12.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Biz bu gün dünyada müxtəlif dövlətlərin “yumşaq güc” adı altında ictimai institutlardan necə istifadə etdiklərinin şahidi oluruq. Bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün başqa dövlətin daxili işinə qarışmaq, ona təzyiq etməyin ən yaxşı yolu kimi ictimai institulardan- mediadan, QHT-lərdən fəal şəkildə istifadə edirlər. Azərbaycan dünyada azsaylı dövlətlərdən biridir ki, müstəqil siyasət aparır və rəsmi Bakının siyasətində əsas məsələ xalqımızın və dövlətimizin maraqlarının təmin olumasıdır. Torpaqlarımızın işğal altında olduğu, erməni lobbisi kimi mənfur bir strukturun təhdidləri ilə üz-üzə qaldığımız bir vaxtda ictimai maraq dövlətimizin daha da güclənməsini, onun maraqlarını hər platformada qorunmasını tələb edir. Milli QHT Forumunun rəhbəri Rauf Zeyni “Palitra”ya açıqlamasında qeyd etdi ki, Milli QHT forumu təşəkkül tapandan, Azərbaycan vətəndaş cəmiyyəti institutları inkişaf edəndən bütün məqamlarda, bütün dövrlərdə Azərbaycan dövlətinin milli maraqlarını, milli-mənəvi dəyərləri müdafiə ediblər: “Vətəndaş cəmiyyəti institutları həmişə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, maarifləndirmə işinin aparılması istiqamətində çalışır və bu iş bu gün də davam edir. Vətəndaş cəmiyyəti institutları xalqımızın, dövlətimizin maraqları naminə əzmlə fəaliyyət göstərir və bunun üçün lazım gəldikdə dövlətimizi istəməyən qüvvələrə qarşı da mübarizə aparır. Təbii ki, hər dövrün öz tələbi var. Bu gün müasir Azərbaycan sürətlə inkişaf edir. Müasir Azərbaycan Bakı-Tbilisi-Ceyhandan Bakı-Tbilisi- Qarsa kimi çox ağır, amma şərəfli yol keçib. Bu gün ölkəmiz siyasi-iqtisadi-hərbi baxımdan regionun lider dövlətidir. Azərbaycan Cənubi Qafqazda dünyanın və Avropanı etibarlı tərəfdaşı kimi qlobal layihələrə imza atır və bununla da Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirir. Dövlət başçısının uğurlu siyasəti öz bəhrəsini verəcək və ermənilər bu uğurun qarşısında geri çəkilməyə məcbur olacaqlar. Regionun sabahı sülhlə, Azərbaycanın inkişafı ilə bağlıdır. Müasir dövrün şərtləri elədir ki, vətəndaş cəmiyyəti institutları daim dövlətin maraqlarını həmişə öndə saxlamalıdır və saxlayır. Azərbaycan dövləti gücləndikcə onu istəməyən qüvvələrin dövlətə qarşı təhdidləri də artır. Qardaş Türkiyənin təcrübəsi göz önündədir. Türkiyə gücləndikcə ona qarşı təhdid və təzyiqlərin sayı da artır. Azərbaycan da beynəlxalq maraqların toqquşduğu həssas regionda yerləşir. Ona görə də biz çox yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq. Bu məsələdə ictimai maraqla dövlətin maraqları üst-üstə düşür”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info