“Əli Kərimli kimilər dövlətçiliyimizə zərbə vurmaq istəyənlər üçün zəif bənddir”
Tarix: 16.05.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Son zamanlar radikal müxalifətdə cəmiyyətimizin dindar kəsimində olan vətəndaşlarımızdan istifadə etmək cəhdləri müşahidə olunur. Bunu AXCP-nin özünə dini imic qazanma meyillərində, “el”in dindar kəsimin nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirilən fikirlərdə aydın görmək mümkündür.
Radikal müxalifət “ərəb baharı”nın baş verdiyi ölkələrdə Qərbin dindar dairələrdən istifadə edərək öz məqsədlərini həyata keçirməsindən ruhlanaraq ölkəmizdə də eyni ssenarini həyata keçirmək istəyən qüvvələrlə əlbir fəaliyyət göstərirlər. Xalqın inamını tamamilə itirən radikal müxalifətdə təmsil olunanlar indi də belə bir vasitəyə əl atırlar. Əslində radikal müxalifət bunu etməklə antimilli qüvvələrlə eyni cəbhədə olduğunu bir daha sübut edir. Radikal müxalifəti nə dövlət müstəqilliyimiz, nə də digər dövlətçilik mənafelərimizin heç biri maraqlandırmır. Onlar üçün əsas məqsəd bütün vasitələrdən istifadə edərək, Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq edərək yalnız və yalnız hakimiyyətə gəlməkdir.

“Xalqımız onların dindən istifadə edərək dövlətimizə
zərbə vurmasına imkan verməz”


Mövzu ilə bağlı münasibətini bildirən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov qəzetimizə verdiyi açıqlama zamanı bu çirkin planın arxasında xarici qüvvələrin dura biləcəyi məsələsini daha da qabartdı: “Mən bu məsələyə bir az geniş aspektdən yanaşmaq istəyirəm. Çünki radikal müxalifətin Azərbaycanda dini amildən istifadə edib qarışıqlıq yaradaraq hakimiyyətə gəlmək istəyi dövlətçiliyimizin sual işarəsi altına düşməsi üçün fəaliyyət göstərmək deməkdir. Biz bu “ərəb baharı”nın olduğu ölkələrdəki prosesləri yaxından izləyirik. Bunu istəyənlər yalnız xarici kəşfiyyatın maraqlarına qulluq edirlər. Burada dövlətçilik ənənələrindən, müstəqillikdən və digər amillərdən söhbət belə, gedə bilməz. Sözügedən məsələyə xalqımız çox həssas yanaşmalıdır. 1993-cü ildən bugünədək olan dövrü nəzərə alsaq, Azərbaycanın dünyanın çox az dini tolerantlığın hökm sürdüyü dövlətlərdən olduğunu görərik. Azərbaycan İslam dünyasının bir parçasıdır, eyni zamanda biz digər dinlərin nümayəndələrinə də hörmətlə yanaşırıq. Ölkəmizdə dini amildən istifadə edib hakimiyyətə gəlmək istəyənləri ancaq xarici agentura şəbəkəsinin üzvü və bu planı da onların planı hesab edirəm. Çünki Misir kimi dövlət hələ də özünü düzəldə bilmir. Qərb dövlətlərinin dəstəyi ilə Liviyada Qəzzafi devrildi, ölkə xaos içindədir. Radikallar bu yaxınlarda Liviyada ABŞ səfirliyinə hücum edib onların əməkdaşlarını qətlə yetirdirlər. Əli Kərimli, Eldar Namazov və digərləri isə proseslərin indiki gedişatında Azərbaycanın dövlətçiliyinə zərbə vurmaq istəyən qüvvələr tərəfindən zəif bənd olaraq seçiliblər. Nə xalqımız, nə də dövlətimiz hansısa bir qrupun həm xarici qüvvələrin maraqları, həm də öz şəxsi ambisiyaları naminə dindən bir vasitə kimi istifadə edərək getdikcə inkişaf edən dövlətimizin müstəqilliyinin təhlükə altına düşməsinə imkan verməz”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə məsələyə belə münasibət bildirdi: “Azərbaycanda bəzi dini dairələr xarici qüvvələr tərəfindən yönləndirilirlər. Bu da son nəticədə hər zaman dövlətimiz üçün problemə çevrilir. Burada məqsəd xüsusi önəm daşıyır. Hər bir vətəndaşın ibadətlə məşğul olması normal haldır. Bu vətəndaşlarımızın Konstitusiya ilə təsbit olunmuş hüququdur. Lakin hər hansı bir siyasi partiyanın dindən öz siyasi məqsədini həyata keçirmək üçün istifadə etməsinə qarşıyam. Siyasi partiya cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər keçirə bilər. Lakin qeyd etdiyim kimi burada məqsəd önəmlidir. Din heç bir vaxt siyasətlə qarışdırılmamalıdır. Din siyasətdən ayrı olmalıdır. Dindən hansısa bir siyasi dairənin öz məqsədinə çatmaq üçün istifadə edə biləcəyinə inanmıram. Çünki dindar kəsimin böyük əksəriyyəti belə vəziyyətə qarşı hazırlıqlıdır və onların hansısa bir provokasiya cəhdində iştirak etməyəcəklərinə əminəm” .

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info