Döyüş meydanı Suriyadan Yəmənə “köçürülür”
Tarix: 04.12.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Qiyamçılarla Salehi tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb

İranın Yəməndəki səfirliyinin atəşə tutulması və Əli Abdullah Salehinin öldürülməsi ilə bağlı xəbərlər yayılıb

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Yəməndəki qiyamçı husilərin Əbu-Dabi əmirliyində tikilən "Baraka" Atom Elektrik Stansiyasına (AES) qanadlı raket buraxmasını təkzib edib. Bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb. Qeyd edək ki, Yəməndəki qiyamçı husilər BƏƏ-də tikilən və 2018-ci ildə birinci blokunun istifadəyə verilməsi gözlənən "Baraka" AES-ə qanadlı raket atdıqlarını və hədəfi vurduqlarını bəyan edib. Ə. Rəşid raketin Yəmən istehsalı olduğunu, hazırda uçuş məsafəsi 1,6 min km olan raketlər istehsal etdiklərini iddia edib. Husilərin silahlı qruplaşmasının nümayəndəsi Əziz Rəşid "Baraka" AES-ə raket buraxılmasının Əb-Dabiyə siyasi və hərbi mesaj olduğunu bildirib. BƏƏ Fövqəladə və Böhranlı Situasiyalar üzrə Milli İdarəsi ölkənin Hava Hücumundan Müdafiə Sisteminə malik olduğunu və "Baraka" AES-in belə təhlükələrdən tam qorunduğunu açıqlayıb. Eyni zamanda husilərin bəyanatına əhəmiyyət verilməməsi zəruri sayılıb. Son günlər Yəməndə baş verənlər göstərir ki, regionda marağı olan düşmən qüvvələr döyüş meydanını Suriyadan Yəmənə keçirirlər. Yəmənin paytaxtı Sənada qiyamçı husilər və Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb. Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb. Husilərin nəzarətinə keçmiş Səna uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin bir çox rayonlarında husiləri sıxışdırıb, şəhərin əksəriyyətinə nəzarəti ələ keçirib. Hələ dekabrın 2-də toqquşmalarda ölənlərin sayının 100 nəfəri keçdiyi açıqlanmışdı. Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçı husilər arasında toqquşmalar başlayıb. Münaqişə 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının husilərə qarşı hava əməliyyatlarına başlaması ilə daha aktiv mərhələyə keçib. Dünən Yəmənlə bağlı iki mühüm xəbər yayılıb. Onların birində qeyd edilir ki, İranın Yəməndəki səfirliyi atəşə tutulub. “Əl-Ərəbiyə” televiziya kanalının məlumatına görə, paytaxt Səna şəhərində hüsilərlə Abdullah Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmada atılan raketlərdən biri İran səfirliyinin binasına düşüb. Ölən və yaralananlar haqqında məlumat verilmir. Bildirilir ki, raket zərbəsi nəticəsində səfirliyin binasında yanğın baş verib. Digər məlumatda isə bildirilir ki, Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh öldürülüb. Bu barədə İran mətbuatı məlumat yayıb. Yayılan xəbərlərdə bildirilir ki, paytaxt Səna şəhərindən qaçmağa çalışan prezident raket atəşinə tutulub. Onun zirehli avtomobili yaxın məsafədən raket atəşinə tutulub və avtomobil partlayıb. Nəticədə prezident ilə yanaşı, onu köməkçisi Arif Zuka və Milli Konqresin (parlamentin) baş katibi Yasir Əl Əvəzi də ölüblər. Qeyd edək ki, Yəmən mətbuatının yaydığı məlumatlarda isə sabiq prezidentin ölümü haqqında xəbərlər təkzib edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info