“Azərbaycan Çin üçün cəlbedici ölkədir”
Tarix: 05.12.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Çin Beynəlxalq Ticarət Palatasının baş katibi:
“Tranzit ölkə olmaqla yanaşı Azərbaycan böyük iqtisadi potensiala malikdir”
“Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi cəhətdən ən səmərəli Avrasiya nəqliyyat dəhlizidir. Ona görə də Çin şirkətləri bu nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə çox maraqlıdır”.
Bu sözləri Çin Beynəlxalq Ticarət Palatasının nümayəndələri ilə Azərbaycan Sahibkarları Milli Konfederasiyasında keçirilən görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev söyləyib. M.Musayev bildirib ki, son illər aparılan uğurlu makroiqtisadi siyasət Azərbaycanı bölgənin biznes mərkəzinə çevirməkdədir. Əlverişli coğrafi mövqe, siyasi sabitlik, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin geniş imkanları beynəlxalq iqtisadi-ticari əlaqələrdə Azərbaycanı əvəzsiz platformaya çevirir. Qeyd edib ki, ölkə sahibkarları üçün yeni biznes imkanlarının əldə edilməsi baxımından Azərbaycan ilə Çin arasında biznesin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması üçün əlverişli mühit var. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin həcmi ilbəil artır. Çin texnologiyaları əsasında Azərbaycanda yeni istehsal sahələri yaradılır. Eləcə də Azərbaycandan Çinə müxtəlif sektorlarda, xüsusilə də şərab və şərab məhsulları sahəsində ixracın həcmi genişlənir. Çin Beynəlxalq Ticarət Palatasının baş katibi Yu Jianlong isə bildirib ki, Azərbaycan digər Asiya dövlətləri kimi iqtisadi-ticari əlaqələr üçün cəlbedici ölkədir. Tranzit ölkə olmaqla yanaşı, Azərbaycan böyük iqtisadi potensiala malikdir. Ona görə Çin tərəfi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişlənməsində çox maraqlıdır. Qonaq Azərbaycanı 2018-ci il aprelin 12-də Pekində keçiriləcək Beynəlxalq Ticarət palatalarının forumuna dəvət edib. Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsinin sədri Liu Quangxi bildirib ki,1952-ci ildə yaradılan bu qurum Çinin iqtisadi və ticarət sektorlarını təmsil edən ən iri təşkilat və müəssisələri öz ətrafında birləşdirir. Şuranın əsas məqsədi hökumət və özəl müəssisələrə xidmət göstərmək, xarici ticarəti, xarici sərmayələrin cəlbini və özəl sektorun və iqtisadi əməkdaşlığın beynəlmiləlləşməsini təşviq etməkdir. 3 minə yaxın müəssisəni öz ətrafında birləşdirən Yunnan Əyaləti Bölməsi dünyanın 70-dən çox ölkəsində milli ticarət palataları ilə əməkdaşlıq edir. Bu səfərdə əsas məqsədi Azərbaycanla olan əlaqələri daha da genişləndirməkdir. Sonda Azərbaycan Sahibkarları Milli Konfederasiyası ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası Yunnan Əyaləti Bölməsi arasında anlaşma Memorandumu imzalanıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info