Yapon oftalmoloq aldığı pul mükafatını Azərbaycandakı məcburi köçkünlərə verəcək
Tarix: 05.12.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri, oftalmoloq Akio Kanai Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı olan “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, A. Kanai həmin mükafatın 5 milyon yen həcmindəki qisminin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması qərarına gəlib və bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub göndərib. Dövlət Komitəsi nəzərə çatdırır ki, “Fuji Optical” Co.Ltd şirkəti 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır. “Fuji Optical” Co.Ltd şirkəti tərəfindən 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon dollaradək vəsait xərcləyib. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. Görüşlərin birində A. Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələri ən uğurlu layihələrdən biri olduğunu qeyd etmişdi. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir. A. Kanai hələ 2006-cı ildə BMT QAK tərəfindən təsis edilmiş “Nansen qaçqın mükafatı”na layiq görülüb və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün su artezian quyusu qazılıb istifadəyə verilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info