Misirli jurnalist: “Azərbaycanın dini tolerantlıq nümunəsi yayılmalıdır”
Tarix: 05.12.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Misirin “Əl-Şuruq” qəzetinin baş redaktoru İmadəddin Hüseyni yazır

Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Heydər məscidi Cənubi Qafqazın ən böyük məscididir. Məscidin tavanının hündürlüyü 55 metrə, günbəzlərinin hündürlüyü isə 95 metrə çatır.
2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi bu məsciddə yeddi min adam eyni vaxtda namaz qıla bilər. Keçən cümə axşamı yeddi jurnalistdən ibarət Misir nümayəndə heyəti Misirin Mədəniyyət attaşesi doktor Əhməd Sami əl-Ayidinin müşayiətilə bu məsciddə oldu. Mənim diqqətimi yalnız məscidin möhtəşəmliyi, yerli memarların müasir üslübu,Təbriz xalçaları və ya məscidin qarşısından Xəzər dənizinə açılan böyük meydan cəlb etmədi. Məni bu məsciddə daha çox cəlb edən hər cümə və ya bayram günləri sünni və şiələrin birgə namaz qılması oldu. Adi günlərin beş vaxtlı namazı aşağı mərtəbədəki məsciddə qılınır. Həftəlik cümə namazı isə növbə ilə bir dəfə sünni, o biri dəfə isə şiə qaydasına uyğun olaraq qılınır və vəhdət namazı adlanır. Həmkarlarımla məscidə daxil olanda çox da təəccüblənmədim, mən cümə namazını elə həmin günü Bakının Göy məscid adlanan böyük məscidlərindən birində qılmışdım. Bu məscid sünnilər üçün nəzərdə tutulsa da orada şiələrin də ibadətinə mane olmurlar. Məscidin imamı cümə xütbəsini Azərbaycan dilində, Quran ayələrini isə ərəb dilində oxuyurdu. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti dostumuz Ümid Mirzəyevin dediyinə görə, keçən cümə xütbəsində bir-çox mövzulara toxunulmuşdu, bunlardan biri də sosial şəbəkələrin roluna, bir tərəfdən onların fayda və digər tərəfdənsə ictimai sabitlik üçün törədə biləcəyi təhlükəyə aid idi. Məscid tamamilə dolu idi. Namaz üçün gələnlərdən çoxu ibadət üçün yer tapa bilmirdi, ayaq üstə durub namazın bitməsini gözləyirdilər. Azərbaycanda olduğu kimi, şiələrlə sünnilərin birgə namazının tətbiq edildiyi başqa bir ölkə tanımıram. Ümumilikdə, Azərbaycanda ölkə əhalisinin 92%-ni müsəlmanlar təşkil edir. Ölkədə xristianlar, yəhudilər və başqa dinlərin nüməyəndələri də yaşayır. Sünni və şiələrin bir məsciddə, bir imamın arxasında namaz qılması ideyası diqqətə layiqdir. Bizim ərəb vətənimizin bir çox yerlərində təəssüf ki, insanlar məzhəb mənsubiyyətinə görə, şiələrin yaşadığı yerlərdə Ömər və ya Osman, sünnilərin yaşadığı yerlərdə isə hətta Əli və ya Hüseyn adına görə qətlə yetirilirlər. Məni çox maraqlandıran və çoxlarına da verdiyim sual bu oldu ki, Azərbaycanın bu nümunəsi necə uğur qazana bildi? Əvvəla bu insanlar çox həssas bir bölgədə, Rusiya və İran kimi regional güclərin və Qarabağ vilayəti də daxil olmaqla ölkə ərazisinin 20%-ni işğal edən Ermənistanla yanaşı yaşayırlar, deməli, onların daha artıq problemlərə ehtiyacları yoxdur. Onlarda Səvəfi şahı, Şah İsmayılın heykəli də vardır. Onun əsli azərbaycanlıdır. O şiə dövlətinin banisidir. Osmanlı dövləti ilə qanlı müharibələrdən sonra İranda şiə məzhəbini məhz Səfəvilər yayıblar. Amma maraqlıdır ki, bu heykəli sünnilər də ziyarət edir. Həmçinin deyirlər ki, bir tanınmış sünni əsilli sərkərdə vəfatından qabaq onu sufi məzhəbinin şeyxinin məqbərəsi yanında dəfn etməyi vəsiyyət etmişdir. Deyilənə görə, belə müsbət insani hallar Azərbaycanda tez-tez baş verib. Ərəb ölkələrində uzun müddət işləmiş və ərəb dilində səlis danışan bir azərbaycanlı diplomatdan soruşdum: “Siz mürəkkəb məzhəb qarşıdurmalarının baş verdiyi bölgələrin yaxınlığında yerləşməklə məzhəblər arasında bu cür qarşılıqlı anlaşmanı necə həyata keçirə bilmisiniz?” Mənə belə cavab verdi ki, xalqımız insanları məzhəb mənsubiyyətinə görə bölmür. Mən şəxsən bir neçə il bundan qabaq atamdan sünni və ya şiə olduğumuzu soruşmuşam. Mənə dedi ki, baban sünni, nənən isə şiə idi. Amma əsas odur ki, biz hamımız Azərbaycanlıyıq. Həmçinin ictimai-iqtisadi inkişaf və iş imkanlarının mövcudluğu insanlara bir çox məzhəb qarşıdurmalarına baş qarışdırmağı lüzumsuz edir. Diplomat deyir ki, Azərbaycanda sünnilər və şiələrin əksəriyyəti tolerantlıq və həmrəyliklə bir-birinə bağlıdırlar. Diplomat sözünü bitirdikdən sonra, özüm -özümə dedim: görəsən Azərbaycan nümunəsi İrana, Körfəz ölkələrinə və Şama yayıla bilərmi ki, biz bu faciələrdən qurtula bilək ?!




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir
16.07.2019
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16.07.2019
Mühacirlər “Aprel zəfəri”nə qarşı...
16.07.2019
Baş Nazir Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info