Rusiyada sabiq nazirə 10 il həbs cəzası tələb edilib
Tarix: 05.12.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Korrupsiyada ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin məhkəməsində ittihamçı tərəf məmur üçün ciddi rejimli koloniyada 10 il həbs cəzası tələb edib. Həmçinin prokurorluq əlavə cəza qismində Ulyukayevin 500 milyon rubl (yəni rüşvət məbləğinin beş qatı) cərimələnməsini və 10 il müddətində dövlət vəzifələri tutmasının qadağan olunmasını istəyib. Bundan başqa, ittiham tərəfi müttəhimi dövlət mükafatlarından və Əməkdar iqtisadçı adından məhrum olunmasını xahiş edib. Prokurorlar məhkəməyə öz sübutlarını, o cümlədən içərisində pul olan çanta və qutuları təqdim ediblər. Məhkəmədə iki milyon dollar məbləğində yüzlüklər sayılıb və çəkilib. İçərisində pul olan çanta 21 kiloqram 950 qram gəlib. Xatırladaq ki, Ulyukayev 2016-cı il noyabrın 14-də “Rosneft” kompaniyasının Moskvadakı ofisində saxlanılıb. Rusiya İstintaq Komitəsi məmurun rüşvət alan zaman tutulduğunu iddia edib. Sabiq nazir “Başneft” şirkətinin aksiyalarının əldə olunmasına müsbət rəy vermək üçün “Rosneft” kompaniyasının rəhbəri İqor Seçindən iki milyon dollar rüşvət tələb etməkdə ittiham olunur. Aleksey Ulyukayevə “Vəzifəli şəxs tərəfindən xüsusi iri məbləğdə rüşvət alınması” maddəsi üzrə ittiham irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info