«Rusiyada antiamerika kampaniyası geniş vüsət alıb»
Tarix: 16.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


«Con Makkeyn tərəfindən ruhlandırılan təşkilatların Rusiyada inqilab
törətməsinə imkan verilməyəcək»


ABŞ-ın Rusiya səfirliyinin əməkdaşının casus olmasının aşkarlanması iki dövlət arasında ciddi qalmaqal yaradıb. Səfirlik əməkdaşının Rusiya Federal Təhlükəsizlik Xidmətinin işçisini «verbovka» etməyə cəhd etdiyi anda yaxalanması, üzərində külli miqdarda pul, məktub, dinləmə cihazı aşkarlanması son günlər dünya mətbuatında geniş şəkildə müzakirə edilir.
Birləşmiş Ştatların «Foreign Policy» nəşri olayla bağlı təqdim etdiyi yazısında bildirir ki, ilk anda Rusiyanın internet mediası xəbərə ciddi yanaşmayaraq onu «maskarad» adlandırıb. Sosial şəbəkədə aparılan müzakirələrdə ümumi rəy belə olub ki, səfirlik əməkdaşının Moskvanın mərkəzində başına parik qoyaraq hansısa xüsusi xidmət orqanının əməkdaşını ələ almağa cəhd etməsi şou xarakterlidir. Rusiyanın xəbər agentlikləri yazır ki, tezliklə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Moskvadakı əməkdaşının ezamiyyət müddətini ləğv edərək geri qaytaracaq. «Foreign Policy» yazır: «Rusiyanın rəsmi dairələri baş verən hadisələrdən çox heyrətləniblər. Axı necə ola bilər ki, ABŞ Federal Tədqiqatlar Bürosunun rəhbəri Robert Müllerin rusiyalı həmkarları ilə Boston terraktını müzakirə etmək üçün gələcəyi məkanda həmin vaxt amerikalı kəşfiyyatçı başında parik dolaşırmış? Necə ola bilər ki, Obama və Putin arasında keçiriləcək görüşdən təxminən bir neçə gün əvvəl amerikalı kəşfiyyatçı Rusiyada dövlət vəzifəsi daşıyan şəxsə casusluq etməsi üçün milyon dollar təklif edib? Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı videogörüntülərdə aydın görünür ki, onlar amerikalıları məktəbli kimi məzəmmət edirlər: «Siz yaxşı bilirsiniz ki, biz ABŞ-da təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasına da yardım edirik». Kreml nümayəndələri hesab edirlər ki, amerikalıların budəfəki casus oyunu çox yöndəmsiz şəkildə təşkil olunub». Qəzet daha sonra yazır ki, Putin iki dövlətin müvafiq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu desə də, Kreml amerikalıları bir nömrəli rəqib kimi görür. Siyasi Texnologiya Mərkəzinin rəhbəri İqor Bunin hesab edir ki, Kreml rəsmilərinin dilindən səslənən antiamerika ritorikası azalmayacaq. Amerikalılar bütün halda, məsələn, QHT-lər bu ölkədən maliyyə yardımı alanda da tənqid edilirlər. Hətta ingilis dilini yaxşı bilənlərlərə belə, agent gözü ilə baxırlar: «Rusiya dövlət televiziyalarının son günlər ərzində yayımladığı reportajlarda iki əsas mövzu var-amerikalı kəşfiyyatçının həbsi və Vaşinqtonun Rusiyada küçə mitinqlərini maliyyələşdirməsi. Həmin reportajlarla göstərilir ki, ABŞ Rusiyanın suverenliyini təhdid edərək daxili siyasətə müdaxilə etməyə çalışır. Onlar da səfirlikdə çalışan Foql kimi hərəkət edərək Amerika maraqlarına xidmət etməyə hazır olan şəxslərə pul ödəyirlər. Politoloq Bunin bildirir ki, Rusiya prezidentinin icazəsi olmadan dövlət televiziyalarında bu məsələ ilə bağlı bir dənə də olsun reportaj yayımlana bilməz. Putin istəsə antiamerika kampaniyasını dayandıra bilər, amma belə görünür ki, elə o özü buna icazə verib. Kremlin tətbiq etdiyi təzyiqlərin nəticəsi olaraq iki Amerika təşkilatı Rusiyadakı fəaliyyətini dayandırıb. Rusiyanın onlarla QHT-si «xarici agent» damğasından ehtiyatlanaraq Amerikadan qrant almaq üçün müraciəti dayandırıblar. Kremldə çalışmış politoloq Sergey Markov bildirib ki, Moskva heç vaxt Amerikayönümlü «casus»lara təzyiqi azaltmayacaq: «Con Makkeyn tərəfindən ruhlandırılan təşkilatların Rusiyada inqilab törətməsinə imkan verilməyəcək. Nə qədər ki, Amerika Putini devirmək planından əl çəkməyib iki dövlət arasında «soyuq müharibə» hələ davam edəcək».
ANAR




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info