Monteneqroda “ASAN xidmət” modeli əsasında dövlət və özəl xidmətlər göstərən mərkəzlər yaradılacaq
Tarix: 05.12.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Zoran Pajin: “İki dost ölkə arasında yeni sahədə əməkdaşlığın qurulmasından məmnunuq”
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.
Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandum dekabrın 4-də Dövlət Agentliyinin sədri İnam Kərimov və Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç tərəfindən imzalanıb.
Memorandumda “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib, Suzana Pribiloviç və İnam Kərimov jurnalistlərin suallarını cavablandırıblar.
Daha sonra Dövlət Agentliyinin sədri İnam Kərimov Monteneqronun Baş nazirinin müavini Zoran Pajinlə görüşüb.
Görüşdə son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin dövlət xidmətlərinin göstərilməsi və bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Zoran Pajin Monteneqro ilə Azərbaycan arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən məmnunluğunu bildirib. O, iki dost ölkə arasında yeni sahədə əməkdaşlığın qurulmasından razılığını ifadə edib və bu sahədə əməkdaşlığın genişlənməsinə Monteneqro hökuməti tərəfindən hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.
Nümayəndə həyəti səfərin sonunda Podqoritsa şəhərindəki Kral Parkında görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin büstünü ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info