“Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsi başa çatıb
Tarix: 05.12.2017 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Samux şəhərində ilk dəfə Günel Əhmədovanın rəhbərliyi ilə “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsi həyata keçirildi.
Şagirdlərin intellektual inkişafına dəstək olmaq, elmə marağının artırılması, onların asudə vaxtlarının təhsil yönümlü və səmərəli təşkil etmək, intellektli gənclərin aşkarlanması və həvəsləndirilməsi məqsədilə keçirilən bu layihədə 6, 7, 8-ci siniflər olmaqla ümumilikdə 8 məktəbdən 24 komanda kubok və medallar uğrunda mübarizə apardılar.
Yarışın birinci günündə 6-cı və 7-ci siniflər öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Nəticədə 6-cı siniflər arasından Samux şəhər 1 saylı məktəb-liseyini təmsil edən “Atilla” komandası, 7-ci siniflərdən isə İnstitut qəsəbə tam orta məktəbini təmsil edən “Zəfər” komandası qalib gəldi. Yarışın ikinci günündə 8-ci sinif şagirdləri kubok uğrunda mübarizə apardılar və gərgin keçən mübarizənin sonunda Samux şəhər 2 saylı tam orta məktəb təmsilçisi olan “Lider” komandası qalib oldu.
Qalib komandalar kubok və medallarla, eyni zamanda diplomlarla təltif olundular. II və III yerin sahibləri finalçı diplomu, digər iştirakçılar isə şəhadətnamə ilə təltif olundular.
Qeyd edək ki, ümumilikdə 120 şagirdin iştirak etdiyi “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsi “Nə? Harada? Nə zaman?” formatında Samux rayon məktəbləri arasında keçirilmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info