“Bakı-Tiflis-Qars dəmiryolu bizi Avropa ilə birləşdirəcək”
Tarix: 16.05.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Tiflis şəhərində “Asiya və Avropa arasında körpü: Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi inteqrasiya" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir ABŞ Dövlət Departamenti, Mərkəzi Asiya və Qafqaz Elmi Araşdırmalar İnstitutunun təşkilatçılığı və dəstəyi ilə baş tutub. Tədbirdə ABŞ dövlət katibinin müavininin köməkçisi Lynne Tracy, Gürcüstanın baş naziri Bidzina İvanişvili, iqtisadiyyat naziri Giorgi Kvirikaşvili, Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, Vaşinqton Universitetinin tədqiqatçı alimi Mamuka Sereteli, Türkiyə Nəqliyyat Nazirliyinin dəniz və kommunikasiya işləri üzrə baş direktor müavini Ərdəm Direklər və başqaları çıxış ediblər. Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri təmsil edib. Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxışında keçirilən tədbirin Gürcüstan üçün vacib olduğunu bildirib: “Bizim məqsədimiz Şərq ilə Qərbi birləşdirməkdir. Biz tranzit mərkəz kimi fəaliyyət imkanlarımızı genişləndirəcək, eyni zamanda nəqliyyat infrastrukturu, biznesin inkişaf etdirilməsi, qonşu ölkələrlə uğurlu əməkdaşlıq kimi prioritet istiqamətləri inkişaf etdirəcəyik. Bu prioritet istiqamətlərdən magistral avtomobil yollarının reabilitasiya edilməsinə, dəmiryolunun yaxşılaşdırılmasına və yeni layihə olan Bakı-Tiflis-Qars dəmiryolunun və infrastruktur obyektlərinin, terminal və limanların tikintisinə investisiya ayrılıb. Bu işləri həyata keçirmək üçün bizim əsasımız var. Yeni hakimiyyət biznesin inkişafı üçün hər bir şərait yaradıb. Bizdə vergilər çox aşağıdır, 16% vergi ödəməklə ölkəyə istənilən investisiya cəlb etmək olar”. Gürcüstanın iqtisadiyyat naziri G.Kvirikaşvili çıxışında BTQ dəmiryolunun yükgötürmə qabiliyyətinin başlanğıcda 5 mln. tondan çox olacağını və artaraq 150 mln. tona çatacağını bildirib: “BTQ dəmiryolu bizi Avropa dəmiryolu ilə birləşdirəcək. Biz Batumi, Poti limanlarını da bərpa edəcəyik. Gürcüstanın daxili dəmiryolunun 170 km sahəsi yaxşılaşdırılıb, 290 km strukturun bərpa edilməsini də həyata keçirəcəyik. Gürcüstanda həyata keçiriləcək layihələrə 100 mln. dollardan çox investisiya yatırılacaq”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info