Almaniyanın səfiri Şəmkirdə olub
Tarix: 05.12.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Şəmkirdə görülmüş işlərlə tanışlıq üçün rayonda olublar.
Səfər çərçivəsində keçirilmiş tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sona Əliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, respublikamızda, o cümlədən Şəmkir rayonunda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Səfir Mixael Kindsqrab isə bildirib ki, bu il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Eyni zamanda, hər iki xalq alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edir. Azərbaycanda qorunub saxlanılan alman maddi irsi xalqlarımızın dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə alman maddi-mədəni irsinin qorunması və təbliği istiqamətində görülmüş işlər barədə məlumat verib.
Almaniya səfiri rayonda alman maddi-mədəni irsinin qorunması ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir
17.07.2019
Paytaxtda 3 tam orta məktəbin köhnə korpusları sökülərək yenidən tikiləcək
17.07.2019
Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info