“Akademik Ramiz Mehdiyevin məqaləsi tarix tədqiqatçıları üçün ciddi bir örnəkdir”
Tarix: 17.05.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


“Tarixi araşdırmaların metodologiyasına və
tarix fəlsəfəsinə aid fənlər tədris edilməlidir”


Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi problemlərinə dair” adlı son elmi məqaləsi də elmi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Akademik R.Mehdiyev bu məqalədə aparılan tarixi tədqiqatların düzgün metodologiyaya və tarix fəlsəfəsinə əsaslanmasının zəruriliyini müfəssəl şəkildə əsaslandırır. Bu baxımdan sözügedən məqalə elmi ictimaiyyət, xüsusən də tarixçilər və fəlsəfəçilər tərəfindən tarixi araşdırmaların daha sanballı olması üçün ortaya qoyulan, tədqiqatçılar üçün yeni cığır açan konseptual yanaşma kimi dəyərləndirilir.
Bu barədə “Palitra”ya fikirlərini bildirən millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı müsahibəyə belə başladı:
- Akademik Ramiz Mehdiyevin tarixlə bağlı araşdırmaların metodologiyasına həsr olunmuş məqaləsini oxudum. Bu məqalə çox güclü bir məqalədir. Tarix müharibələrdə neçə nəfərin ölməsi, neçə nəfərin yaralanması və sair rəqəmlər haqqında elm deyil. Tarixçi bilməlidir ki, xronologiyanı bilməklə əsl tarixçi olmaq olmaz, tarixçi tarix fəlsəfəsinin mahiyyətindən də xəbərdar olmalıdır. Bu məqalə tarixçilərə əsl dolğun və mükəmməl tarixi tədqiqatları aparmağın yollarını göstərir. Akademik Ramiz Mehdiyev tarixçilərimizi müasir dünya tarix elmində olan araşdırmaların metodologiyasına və konsepsiyalara yiyələnməyə dəvət edir. Məqalə tarix sahəsində araşdırma aparanlar üçün ciddi bir örnəkdir. Məqalə Azərbaycan tarix elmində araşdırmaların aparılması konsepsiyası, metodologiyası və üsulları haqqında yeni və konseptual bir baxışı ortaya qoydu. Bu məqalə dərin elmi-nəzəri, fəlsəfi və tarixi məzmunu ilə əhəmiyyətlidir. Məqalə bir daha aydın göstərir ki, tarixi araşdırmaların aparılmasında nələr çatışmır. Göstərilir ki, çatışmayan tarixi tədqiqatların metodoloji prinsiplərinin düzgün qiymətləndirilməməsi, bunların tədqiqatlarda nəzərə alınmamasıdır. Tarixçilər tədqiqatlar aparmaq üçün gedib arxivlərə girirlər, arxiv sənədlərini bir-birinin arxasınca düzürlər, bundan sonra da onların bu cür tədqiqatlarının əsasında kitablar çap olunur. Ancaq onlar - yəni bu tədqiqatçılarımız tarixin fəlsəfəsini bilmirlər. Bu məqalə bir daha göstərdi ki, bizim ali məktəblərimizdə tarix elminin metodoloji problemləri ilə bağlı fənn tədris edilməlidir. Düşünürəm ki, bu fənnin ali məktəblərimizdə tədris olunması çox vacibdir. İkinci məqam isə onunla bağlıdır ki, bizim üçün bu məqalə göstərdi ki, tarixin fəlsəfəsinin öyrədilməsi vacibdir. Bizə həmişə tarixi öyrədiblər, amma tarix fəlsəfəsi diqqətdən kənarda qalıb. Həqiqətdə hamı bilməlidir ki, tarix təkcə rəqəmlərdən, faktlardan və ya xronologiyadan ibarət deyil. Tarixçi əgər tarixi araşdırmaların metodologiyasını və tarixin fəlsəfəsini bilmirsə, onun araşdırmasının elə də ciddi bir önəmi olmayacaq. Çünki metodoloji və fəlsəfi bazaya əsaslanmayacaq. Bu baxımdan akademikin məqaləsi bir tərəfdən təhsilimizdə və elmi araşdırmalarımızda bu məsələ ilə bağlı olan çatışmazlığı göstərir, digər tərəfdən isə bu çatışmazlıqları aradan qaldırmağın yollarını nişan verir. Hesab edirəm ki, bu məqalə tarix sahəsi ilə məşğul olan elm adamları tərəfindən ciddi şəkildə müzakirə edilməli, öyrənilməlidir. Bu məqalə geniş spektrdə müzakirə olunmalıdır. Bu məqalədə qarşıda qoyulan vəzifələrdən konkret nəticələr çıxarılmalıdır. Burada xüsusilə metodologiyaya, tarixin fəlsəfəsi ilə bağlı məqamlara xüsusi diqqət verilməlidir.
- Bir sıra tarixçilərimizin bu məqalədə əksini tapan müddəaları lazımınca dərk etməyi sərgiləyə bilmədiklərinin də şahidi olduq. Yaxud onların bir çoxunun hazırlıq səviyyəsi məqalədə qeyd edilən müddəalara yetərli səviyyədə münasibət bildirməyə lazımınca imkan vermir. Bu barədə sizin də fikirlərinizi bilmək istərdik...
- Həmin məqalədə əksini tapan müddəaları düzgün mənimsəmək və bunlara düzgün münasibət bildirmək üçün mütləq tarixi tədqiqatların metodologiyası və tarixin fəlsəfəsindən yaxşı xəbərdar olmaq lazımdır. Tarixçilərimizin bəziləri bu barədə bilgilərini artırmalıdırlar.
- Sözügedən məqalədə tarixi tədqiqatların düzgün metodologiya və tarixin fəlsəfəsinə əsaslanmaqla yazılması barədə əksini tapan müddəalardan müvafiq qurumlar və elm adamları necə nəticə çıxarmalıdırlar? Bundan sonra bu sahədə olan tədqiqatlarda nələrin baş verəcəyini düşünürsünüz?
- Mən hesab edirəm ki, bundan sonra mütləq bizim tarix ixtisası üsrə təhsil alan tələbələrimiz, bakalavrlarımız və magistrlərimiz, həmçinin doktorantlarımız tarix elminin metodologiyası məsələləri və tarixin fəlsəfəsini fənn olaraq keçməlidirlər. Onlar bundan minimum imtahan verməlidirlər. Tarix elminin metodologiyası və tarix fəlsəfəsindən itahan verməyən bir şəxsin dissertasiyasının mən normal hesab etmirəm. Fikrimcə, belə halda gənc tarixçilərimiz normal səviyyədə mütəxəssis kimi formalaşmırlar. Müdafiə etmək istəyən hər hansı bir şəxs digər fənlərlə yanaşı, bu fənlərdən də imtahan verib özlərinin nəzəri hazırlıqlarını sübut etməlidirlər. Bundan sonra isə onlar dissertasiya işlərini təqdim edə bilərlər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info