“ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə diplomatik əlaqələri kəsəcəyik“
Tarix: 05.12.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Qüds müsəlmanların qırmızı cizgisidir”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.
 
R. T. Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.  
 
Türkiyə prezidenti ABŞ-da davam edən Rza Zərrab məhkəməsinə də toxunub. O qeyd edib ki, bu məhkəməni ABŞ dövlətindəki bir qrup təşkil edib: “Dövlətin kritik nöqtələrindəki köhnə qrupun hazırkı hökumətin siyasətinə zidd olaraq başqa siyasət yeritdiyi anlaşılır. Bizim tərəf-müqabilimiz hörmətli Trampdır və belə də qalacaq”.   
 
R. T. Ərdoğan bəyan edib ki, Rza Zərrab məsələsinə Türkiyə məhkəmələri baxıb və qərarını verib: “Məsələnin görünən tərəfinə gəlincə, İranla, yaxud başqa bir ölkə ilə ticarət quracağımıza biz qərar veririk. Türkiyə BMT qərarlarına riayət edib. Türkiyə-İran sərhədi ABŞ yaradılmamışdan əvvəl, 1636-cı ildə müəyyənləşib. Tarixən İranla bir çox məsələlərdə anlaşmışıq, yaxud anlaşmadığımız məsələlər olub. Ancaq İranla tarixi-mədəni əlaqələrimiz var. İranla ticarətin əsasını təbii qaz, neft ticarəti təşkil edir. ABŞ bizdən xahiş edəndə İrandan neft idxalını müəyyən səviyyəyə qədər azaltdıq. Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”.
 
R. T. Ərdoğanın sözlərinə görə, Şimali Suriyada bir terror qurşağı yaradılır: “Bu terror qurşağında hərbi bazalar yaradılıb. Şimali Suriyaya 3 minə qədər yük maşını ilə zirehli texnika, silahlar gəlib. ABŞ bu silahları kimə qarşı istifadə edəcək? İŞİD-ə qarşı? İŞİD qaldı? Suriyaya qarşı? Kimə qarşı istifadə edəcək? İrana, Türkiyəyə, bir az da qabağa gedərsə, Rusiyaya qarşı. Donald Tramp bizə dedi ki, İŞİD-dən sonra PYD/YPG-yə verilən silahlar geri alınacaq. Lakin əksinə, verilən silahlar artdı və ABŞ orada əlavə bazalar yaradır. Biz bunu müşahidə edirik və lazımi addımlar atacağıq. Biz heç kimin qarşısında əyilmədik və əyilməyəcəyik”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info