Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub?
Tarix: 05.12.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinskinin məqaləsi (https://az.wikipedia.org/wiki/%C4%B0rza_b%C9%99y_Hac%C4%B1b%C9%99ylinski) yaradılıb.
4 aprel 1874-cü il tarixində anadan olan İrza bəy Hacıbəylinski Birinci Dünya müharibəsində Vəhşi Diviziya kimi tanınan, Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general Nuru Paşa ilə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub. Polkovnik Hacıbəylinskinin həm də 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında müstəsna rolu olub. Qarayazı süvari polkuna komandirlik edərək, daha sonra Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski də bolşevik represiyassına məruz qalan qurbanlarımızdan biri olub.

QEYD: Bu günlərdə “Vikipediya” təliminin iştirakçısı tərəfindən onlarla azərbaycanlının,eyni zamanda İrza bəy Hacıbəylinskinin xidmət etdiyi Tatar Süvari Alayı haqqında “İngiliscə Vikipediya”da məqalə yaradılıb.
https://en.wikipedia.org/wiki/Tatar_Cavalry_Regiment

https://www.youtube.com/watch?v=8J7Mg7fnqNY&feature=youtu.be
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info