Serbiya Azərbaycana təşəkkür etdi
Tarix: 05.12.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb.
 
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, seminar Avropa Birliyinin (Aİ) Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.

Seminarın açılışında çıxış edən DGK sədri Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib. A. Əliyev vurğulayıb ki, Ümumi Tranzit Proseduru və Ticarətin Sadələşdirilməsinə dair konvensiyaya qoşulmaq DGK-nın 2017-2021-ci illər üzrə fəaliyyət planındakı vacib hədəflər sırasında yer alıb. Komitə sədri hazırda Avropa məkanında tətbiq edilən NCTS-yə qoşulmaq istiqamətində atılan addımlardan, bu sistemin ölkəmiz və region üçün faydalarından bəhs edib.
 
A. Əliyev ölkəmizin tranzit imkanlarının artırılması istiqamətində prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin gələcəkdə yükdaşımaların asan və sürətli həyata keçirilməsinə münbit şərait yaradacağını, ümumilikdə beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
 
Seminarda Serbiya gömrük xidməti əməkdaşlarının ekspert qismində iştirak etməsini yüksək qiymətləndirən A. Əliyev Serbiyanın böyük tranzit imkanlarına malik olmaqla yanaşı, bu sahədə əldə etdiyi təcrübənin Azərbaycan üçün maraqlı nümunə olacağına əminliyini ifadə edib. Komitə sədri ötən əsrin sonlarından etibarən Azərbaycan və Serbiyanın ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyini, bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində iki dost ölkənin birlikdə səy göstərdiyini də diqqətə çatdırıb.
 
Daha sonra çıxış edən Aİ Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyinin - Frontex-in əməkdaşı Darius Mrovic təmsil etdiyi qurum və həmin qurum tərəfindən həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, əsas məqsəd şəxslərin və yüklərin sərhədkeçmə prosesinin asanlaşdırılmasıdır.
 
Daha sonra Serbiya gömrük xidmətinin nümayəndəsi Veselin Miloşeviç çıxış edərək, seminarda müzakirə ediləcək məsələlər barədə qısa məlumat verib və NCTS-in faydalarından bəhs edib. V. Miloşeviç çıxışında Kosovonun ÜGT-yə üzvlük məsələsinin müzakirəsi zamanı ölkəsinin mövqeyini dəstəklədiyinə görə Azərbaycana, DGK-ya ölkəsinin hökuməti adından təşəkkürünü bildirib.

Üç gün davam edəcək seminarda Serbiyagömrük xidmətinin əməkdaşları V. , Olqa Protic və Vladan Vukoviç tərəfindən Serbiya tranzit sistemi, NCTS sisteminin Azərbaycanda tətbiqinin zərurətləri, NCTS-in əsas prinsipləri və faydaları, Milli Layihə Planı və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info