Bələdiyyə nümayəndələri Vyanada olublar
Tarix: 05.12.2017 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


2017-ci il noyabr ayının 30-dan 01 dekabr tarixinə kimi Avstriya Respublikasının Vyana şəhərində keçirilən Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində təşkil olunmuş tədbirdə iştirak edən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov bildirib ki, tədbirdə yerli idarəetmə orqanları işçilərinin ixtisasının artırılması proqamının monitorinqi və qiymətləndirilməsi üzrə təlim keçirilib.
7 sessiyadan ibarət olan təlimin əsas məqsədi Şərq tərəfdaşlığı ölkələrində yerli özünüidarəetmə sahəsində monitorinq və qiymətləndirmə prosesinin müəyyənləşdirilməsi olub.
Təlim zamanı partnyor ölkələrdə institusional mühit, təhsil proqramının dizayn və gedişatı, iştirakçıların əlaqələri və gözləntiləri, proqramın şərtləri və keçirilmə yeri barədə geniş məlumat əldə edilib. Bununla yanaşı tədbirdə partnyor ölkələri təmsil edən qrupların iştirakı ilə yerli özünüidarəetmə orqanlarının əsas prioritetləri, ən çox rast gəlinən çətinliklər, büdcənin formalaşdırılmasında daha çox dəstəyə ehtiyac olan məsələlər barədə daxili müzakirələr aparılıb.
Xatırladaq ki, tədbirdə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova da iştirak edib və Azərbaycan nümayəndə heyəti digər nümayəndlərlə birgə yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi istiqamətində görülən işlər haqqında təqdimatlarda yaxından iştirak edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info