Kastamonu 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib
Tarix: 05.12.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.
Toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.
İclasda iştirak edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxışında türk dünyası mədəniyyət paytaxtı layihəsinin şəhərlərin bir marka dəyəri qazanmasında mühüm rol oynadığını bildirərək 2018-ci ildə ölkəsinin bənzərsiz şəhəri Kastamonunun seçilməsindən böyük məmnunluq duyduqlarını deyib. O, Kastamonuda da 2013-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Əskişəhərdə türk dünyası mədəniyyət paytaxtı proqramı çərçivəsində həyata keçirdikləri türk xalqları mədəniyyət bayramı kimi bayram keçirmək niyyətində olduqlarını söyləyib.
2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümünü bayram edəcəklərinə diqqət çəkən H.Yayman, yaddaşlarda qalacaq və gələcəyə ötürüləcək bir il olması üçün bütün imkanlarından istifadə edəcəklərini bildirib.
Kastamonu valisi Yaşar Karadeniz də, şəhərin Anadolunun qədim yaşayış mərkəzlərindən olduğunu vurğulayaraq qeyd edib ki, 7 min illik tarixə malik olan mədəniyyət şəhəri Kastamonu, 900 ildən çoxdur türk yurdudur.
Qeyd edək ki, təxminən 375 min əhalisi olan Kastamonu tarixi və mədəni yerləri və təbiət ilə diqqət çəkir. Ərazisinin 65 faizi meşə ilə örtülü, geniş flora və faunaya malik olan Kastamonu, eyni zamanda, müxtəlif çöl heyvanlarının məskənidir. 170 kilometrlik dəniz sahili ilə Qara dənizin ən uzun sahil zolağının yerləşdiyi Kastamonu dünyanın ən böyük kanyonlarından biri olan Valla kanyonu, dünyanın ən iri mağaralarından İlgarini mağarası şəlalələri və digər təbii zənginlikləri ilə tanınır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info