“Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır”
Tarix: 05.12.2017 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycan və Bolqarıstan təkcə dost yox, həm də strateji tərəfdaşdır. Trend-in məlumatına görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.
Onun sözlərinə görə, bu, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamədə öz əksini tapıb.
Səfir qeyd edib ki, Bolqarıstan Azərbaycanın Avropa İttifaqı bazarına çıxışı üçün vacib tərəfdaşıdır. Azərbaycan isə Bolqarıstanın Mərkəzi Asiya bazarlarına çıxmasında vacib rol oynayır.
N.Qurbanova vurğulayıb ki, ölkələr arasında enerji sahəsində əməkdaşlıq vacib amildir: “2020-ci ildə Azərbaycan qazının ilk hissəsi Bolqarıstana çatdırılacaq. Bu, Bolqarıstanın qaz tələbatının üçdə birinin ödənilməsinin təmin olunması üçün vacib addım olacaq”.
Səfir həmçinin qeyd edib ki, nəqliyyat sahəsi ölkələr arasında əməkdaşlığın vacib tərkib hissəsidir.
Bakı ilə Sofiya arasında “Buta Airways” aviaşirkəti tərəfindən 2018-ci ilin yanvarında açılması planlaşdırılan birbaşa reyslərdən danışan səfir, bunun hər iki istiqamətdə sərnişin daşımalarının mühüm artımına gətirib çıxaracağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info