“Armenianreport.com”: “Yanvarın 1-dən istehlak mallarının qiymətinin artması gözlənilir“
Tarix: 05.12.2017 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


«2018-ci il yanvarın 1-dən etibarən, bəzi mal növləri üçün Avrasiya İqtisadi Birliyinin gömrük rüsumlarının dərəcələri Ermənistanda qüvvəyə minəcək. Bununla əlaqədar, birliyə üzv olmayan ölkələrdən gətirilən malların qiymətləri artacaq». Bu barədə “armenianreport.com” xəbər verir.
Qiymət artımı daha çox istehlak mallarının qiymətində müşahidə ediləcək. Bildirək ki, hazırda Ermənistana gətirilən quş əti, süd, yağ, bitki yağı, çayın böyük hissəsi birliyə daxil olmayan ölkələrdən gətirilir.
Maraqlıdır ki, Ermənistanın İqtisadi İnkişaf və İnvestisiyalar nazirinin müavini Ovannes Azizyan "Azatutyun" radiosuna verdiyi müsahibəsində ölkədəki qimət artımının o qədər də böyük önəm kəsb etməyəcəyini bildirib. Gömrük rüsumlarının artım nisbətinin Ermənistan üçün 1-2 faiz təşkil etdiyini deyən Azizyan, gələn il quş ətinin bu illə müqayisədə təxminən 4 faiz, bitki yağının isə 2 faiz arta biləcəyini ehtimal edir. Nazir müavini bu fikirləri söyləyərkən, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbul olunarkən əldə edilən qarşılıqlı razılaşmanı əsas göstərir. Belə ki, bu razılaşmaya görə, Ermənistana 900-ə qədər adda malın tədricən standartlara uyğun olaraq gətirilməsi üçün 2024-cü ilə qədər vaxt verilib. Gələn ilin yanvarından etibarən qiymət artımının nəzərdə tutulduğu 40 ədəd mal üçün yeni gömrük tarifləri qüvvəyə minəcək. Azizyanın fikrincə, burada əsas məqsəd Avrasiya bazarında daxili ticarətin stimullaşdırılması və yerli istehsalçıları təşviq etməkdir: «Yəni, yerli istehsalçı öz mallarını sata biləcək bir səviyyəyə gətirilir ki, bu da həm iş yerlərini, həm də əlavə imkanları nəzərdə tutur»-deyə nazr müavini bildirir. Azizyan böyük ehtimalla, bunun Ermənistana da müsbət dəyişikliklər gətiricəyinə ümidlidir: “Belə olan halda, məsələn, ölkəyə ucuz idxal olunan quş ətinin qiyməti yerli məhsulların qiymətinə çatacaq. Bundan əlavə, yerli istehsalçılar üçün yeni sənayelərin yaradılması və tələbatın ödənilməsi üçün də bir fürsət olacaq”. Nazir müavininin təbirincə, satış həcmlərinin artması səbəbindən yerli məhsulların daha ucuz olacağı da mümkündür.
Bununla belə, Azizyan 2024-cü ilə qədər təxminən 90 faiz artacaq gömrük tariflərinin ölkəsi üçün yaxşı hal olmadığını da xatırladıb. O, 2020-ci ildən ölkəyə gətiriləcək avtomobillərin gömrük rəsmiləşdirilməsinin qiymətinin orta hesabla 5 faiz artacağını da istisna etməyib.
Bu ərəfədə ölkədə baş verə biləcək inflyasiyaya toxunan nazir müavini bunun o qədər də yüksək olmayacağı qənaətindədir. «İnflyasiyanın azalmasına necə nail ola bicəksininiz?» sualına da Azizyanın cavabı maraqlıdır. O inamla ölkədə yerli istehsalın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması hesabına buna nail olacaqlarını bildirir: «Məhz bunun sayəsində biz əhali üçün məşğulluq və gəlir əldə etmək imkanları yaradacağıq. Buna görə də ölkədə istehsal ediləcək malların istehlakı üçün daha çox imkanlar yaranacaq».
Təbii ki, yaxşı arzudur. Lakin bizdə məsəl var, deyirlər «Avazın yaxşı gəlir, oxuduğun Quran olsaydı». lakin erməni iqtisadçı Artak Manukyan nazir müavininin söylədiklərinin utopiyadan başqa bir şey olmadığını bildirir. «Novosti Armeniya» saytına danışan erməni iqtisadçı Ermənistanda istehsalın stimullaşdırılmasının yanlış bir şey olduğunu və bunun gələcəyinin olmadığını bildirir: «"Bəli, yerli istehsalçılar stimullaşdırılmalıdır, stimullaşdırmaq lazımdır, lakin bunun üçün hazırda ölkədə bir neçə dolayı vasitə var. Buraya çevik kreditlər, girov və digər şərtlər daxildir. Lakin, etiraf edək, bu gün Ermənistanda bunlara nail olmaq mümkündürmü?».
Manukyana görə, 2018-ci ildə Avrasiya İqtisadi Birliyi ölkələri çərçivəsində gömrük tariflərinin artması səbəbindən gözlənilən artımla bərabər, birliyə üzv ölkələrində aksizli malların qiymətləri də artacaq. Beləliklə, istehlak mallarının qiyməti ilə yanaşı, Ermənistanda siqaret, spirtli içkilər və yanacağın da qiyməti artacaq. Bundan əlavə, gələn il üçün ölkədə gözlənilən Vergi Məcəlləsindəki dəyişiklik də qiymət artımına təsirsiz ötüşməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info