İranlı investorlar Azərbaycana sərmayə yatırmaqda maraqlıdırlar
Tarix: 05.12.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


"Xudafərin" və "Qız qalası" Sazişi üzrə "Birgə Texniki Komissiya"nın ilk iclası Xudafərin şəhərində keçirilə bilər

Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə 2017-ci ildə Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparılıb, Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabr ayında Təbriz şəhərinə səfər edəcəkləri bildirilib. Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib. İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlrinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yardaılmasını təklif edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info