“Vaşinqtonun siyasəti Berlinin maraqlarına uyğun deyil”
Tarix: 05.12.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel: “Avropa və Almaniya ABŞ siyasətinə yenidən baxmalı və öz maraqlarımızı daha inamlı şəkildə qorumalıyıq”

“ABŞ-ın rolunu qeyd-şərtsiz qəbul etməyimiz artıq sona çatmağa, dağılmağa başlayıb. Almaniya bundan sonra öz maraqlarını daha inamlı şəkildə qorumalı və tərəfdaşlarının qarşısına keçməsi qadağan olunan “qırmızı xəttlərini” çəkməldir”
Son vaxtlar Almaniya siyasətçilərinin açıqlamalarında ABŞ-ın əleyhinə ifadələr tez-tez səslənməyə başlayıb. Rəsmi Berlini təmsil edən diplomatlar bəzi geosiyasi dəyişikliklər baş verdiyini və bu səbəbdən Ağ Evin yeni administrasiyasının həyata keçirdiyi siyasətin onların marağına uyğun olmadığını qeyd edirlər. Alman diplomatların Rusiya ilə yaxınlaşma siyasəti, NATO-dan kənar Avropanın müdafiəsini təşkil edəcək yeni hərbi qüvvələrin yaradılması ilə bağlı işlərə başlanması kimi addımlar Berlin-Vaşinqton xəttində ziddiyyətli nöqtələrin sayının artırır. Bu gün ABŞ-la Türkiyə arasında da münasibətlər gərgin vəziyyətdədir. Belə durumda ABŞ-dan incik olan və aralarında soyuq münasibətlər olan Merkellə Ərdoğan arasında telefon danışığının olmasını diqqətdən kənarda qoymaq olmaz. ABŞ-ın siyasəti Ankaranı Avropa, daha konkret desək Almaniya ilə yaxınlaşıdra bilər. Korber Fondunun təşkil etdiyi ənənəvi xarici siyasət forumunda çıxış edən Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Vaşinqtonun Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar qaz kəmərinin Almaniya ərazisindən keçən hissəsinə də şamil olunduğundan bu, Berlinin maraqlarına uyğun deyil. Alman nazir Avropa dövlətlərinə çağırış da edib: “ABŞ-a münasibətdə Avropa və Almaniyanın siyasətinə yenidən baxılmalı və öz maraqlarımızı daha inamlı şəkildə qorumalıyıq”. Ziqmar Qabrielin fikrincə, Tramp dönəmində ABŞ dünya əhəmiyyətli siyasi güc rolunu çox zəif oynayır. Buna görə də Vaşinqton Almaniyanı “çoxlu tərəfdaşlardan biri” kimi qəbul etməyə başlayıb: “Epizodik fikir ayrılıqlarına baxmayaraq ABŞ-ın rolunu qeyd-şərtsiz qəbul etməyimiz artıq sona çatmağa, dağılmağa başlayıb. Almaniya bundan sonra öz maraqlarını daha inamlı şəkildə qorumalı və tərəfdaşlarının qarşısına keçməsi qadağan olunan “qırmızı xəttlərini” çəkməldir”. Xatırladaq ki, bu ilin avqust ayında Tramp tərəfindən imzalana qanuna görə, ABŞ dövlət başçısı Rusiya qaz kəmərlərinin inşasına il ərzində 5 milyon dollar və ya bir dəfəyə milyon dollar yatıranlara qarşı sanksiya tətbiq edə bilər. Həmin sənəddə vurğulanır ki, ABŞ “Şimal axını- 2” layihəsinə qarşıdır. “Süddeutsche Zeitung” nəşri yazır ki, ABŞ Konqresində qəbul edilən həmin sanksiya qərarı Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasına təhlükə yarada bilər. Bununla yanaşı Almaniyanın xarici işlər naziri bildirib ki, İranla imzalanan nüvə razılaşmasının pozulmasının ağır nəticələri ola bilər. Bu razılaşmanın pozulması müharibə riskinin artıracaq ki, bu da milli təhlükəsizliyə təhdid yaradacaq: “İstənilən halda Almaniya oturub ABŞ-ın nə qərar verəcəyini gözləmək və sadəcə buna reaksiya verməyi özünə rəva görə bilməz”. Almaniyanın xarici işlər naziri bildirib ki, dünya üçün ən böyük təhlükə Rusiya ilə ABŞ arasında münasibətlərin pozulmasıdır: “Əgər, Şimali Koreya nüvə silahına sahib olsa, onun ardınca başqa dövlətlər də bu silahı əldə edəcəklər. Ona görə də ABŞ və Rusiya birlikdə nüvə silahının yayılmasının qarşısnı ala bilərlər. Vaşinqtonla Moskva arasında münasibətlər düzəlməsə, deməli bizim uşaqlarımız təhlükəli, nizamsız və nüvə silahı ilə dolu dünyada yaşamalı olacaqlar”. Onun sözlərinə görə, demokratik dünya düzəni ciddi təhlükə qarşısındadır: “Əvvəllər liberal dəyərlərin təminatçısı kimi çıxış edən ABŞ artıq bundan əl çəkib. Dünyada bir-birinə qarşı inamsızlıq hökm sürür və bu da silahlanma yarışını artırıb”. Ziqmar Qabriel xəbərdarlıq edib ki, ABŞ-ın İranla razılaşmadan imtina etməsi Avropani Vaşinqtondan uzaqlaşdıraraq Rusiya və Çinə yaxınlaşdiracaq: “Faciə ondadır ki, İran razılaşması ABŞ-da daxili siyasi oyuna çevrilə bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info