Dünyada ərzaq əldə etmək çətinləşib
Tarix: 06.12.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Luca Virginio:
“815 milyon insan və ya dünya əhalisinin 11 faizi aclıqla mübarizə edir. BMT-nin 2030-cu il davamlılıq hədəflərini reallaşdırmaq istəyiriksə, qida modellərimizi yenidən nəzərdən keçirməliyik”

Barilla Ərzaq və Qidalanma Dərnəyi (BCFN) Milanda böyük bir konfransa ev sahibliyi edib. Bu il təşkil olunan 8-ci Beynəlxalq Ərzaq və Qidalanma Forumunda, ərzaq, qidalanma, kənd təsərrüfatı mövzusunda müxtəlif ölkələrdən mütəxəssislər, elm adamları, şirkət nümayəndələri ilə gənc istedadlar davamlı inkişaf hədəfləri, qidalanma ilə bağlı problemləri müzakirə ediblər.
Konfransda Bob Geldof, “mavi iqtisadiyyat”ın qurucularından Günter Pauli, iqtisadçı Jeffrey Sachsla yanaşı, dünyada tanınmış mütəxəssislər iki gün ərzində qidalanma ilə bağlı problemləri müzakirə ediblər. İtaliyada təşkil edilən tədbir Birləşmiş Millətlər Təşkilatının 2030-cu il nəzərdə tutulan “Davamlı İnkişaf Hədəflərinə” çatmaq üçün insanların və planetin sağlamlığına qayğı göstərən ərzaq modellərinin hazırlanması məqsədi daşıyır. BCFN sədr müavini Luca Virginio, bu il forumla bağlı ərzaq istehlakı, aclıq, ərzaq əldə etmək və piylənmə ilə əlaqədar paradoksa diqqət çəkib: “815 milyon insan və ya dünya əhalisinin 11 faizi aclıqla mübarizə aparır. Bu rəqəm 2015-ci ildə 777 milyon olduğu halda, 2016-cı ildə isə 38 milyon artım göstərib. Artıq çəkili insanların sayı çox olsa da, dünyada istehsal edilən məhsulların təxminən üçdə biri masaya çatmadan atılır. Buna görə də BMT-nin 2030-cu ilə dair davamlılıq hədəflərinə nail olmaq istəyiriksə, ərzaq modellərini yenidən nəzərdən keçirməliyik. Gələcəyimizlə bağlı hər gün masamıza qoyduğumuz yeməklərlə əlaqədar konkret tədbirlər görməliyik. Bizim ərzaq seçimimiz həm öz sağlamlığımız, həm də planetimiz üçün çox vacibdir”. “MacroGeo” şirkətinin araşdırmasına görə, qidalarin keyfiyyətinə etibarsızlıq faizinin artması miqrasiya faizini də artırır. “MacroGeo” şirkəti ərzaq və qida sistemlərinə bağlı qaynaqlar, köç axını və istiqamətləri ilə bağlı Avropa-Aralıq dənizi bölgəsini əlhatə edən araşdırmasını təqdim etməyə hazırlaşır.
Ərzaq Davamlılıq İndeksi ərzaqla bağlı dünyanın ən davamlı ölkələrini qlobal miqyasda müəyyənləşdirir. Dünya əhalisinin üçdə ikisini və ümumi daxili məhsulun 87 faizini təşkil edən 25 ölkədəki ərzaq və qidalanma davamlılığını təyin edən 2016-cı il indeksinin yeni variantı, İspaniya, Mərakeş, Yunanıstan, Portuqaliya, Tunis, Livan, İordaniya, İsveç və Macarıstan daxil olmaqla daha 9 ölkəni əhatə edəcək şəkildə genişlənib. Ərzaq Davamlılıq İndeksi üçün istifadə edilən metodologiya tərkibli müxtəlif yeni göstəricilər əlavə olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Burkina-Fasoda silhalılar 17 nəfəri qətlə yetiriblər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info