Respublika Veteranları Təşkilatının VII plenumu keçirilib
Tarix: 06.12.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştiraklarına müsbət təsir göstərib
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VII plenumu keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri, müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov Plenumu açıq elan edərək bildirib ki, tədbirdə təşkilatın cari ildəki fəaliyyəti, həmçinin 2018-ci il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Plenuma sədr, Respublika Veteranlar Təşkilatının təşkilati və kadrlarla iş şöbəsinin müdiri Lətif Babayev katib seçilib. Gündəliyin təsdiq olunmasından sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının cari ildəki fəaliyyətinin yekunlarına və gələn il qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vətənpərvərlik hislərinin təşviq olunmasıdır. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və fəaliyyətində səmərəliliyi artırmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştiraklarına müsbət təsir göstərib. Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli mədəni-kütləvi, ictimai-siyasi tədbirlər keçirib. Vurğulanıb ki, hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə edilib, onlara əməli kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması təmin edilib. Ötən müddətdə təşkilata daxil olmuş 150-dən çox müraciətlə əlaqədar müvafiq qurumlara məktublar göndərilib, problemlər əsasən həll olunub. Azərbaycan dövləti tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. O, bu diqqət və qayğıya görə veteranlar adından dövlət başçısına minnətdarlığını bildirib. Gələn il görüləcək işlərdən danışan məruzəçi deyib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Cahangir Nəsirov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və başqaları çıxış edərək yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb, qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda ötən ilin aprelində düşmən üzərində mühüm qələbə qazanan Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsində veteranların misilsiz rolu xüsusi qeyd edilib. Bildirilib ki, bütün bunlar ölkə rəhbərliyinin respublikamızda veteran hərəkatına və Azərbaycan veteranlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Həmçinin hesabat dövründə təşkilatın fəaliyyətinin səmərəli təşkilində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğının mühüm rol oynadığı xüsusi vurğulanıb. Gündəlikdə duran ikinci məsələsi ilə bağlı məlumat verən C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin sentyabrın 12-də keçirilən iclasının qərarı ilə general-polkovnik Tofiq Ağahüseynova Respublika Veteranlar Təşkilatının sədri vəzifələrinin icrası həvalə olunub. Plenum bu qərarı təsdiq etməlidir. Sonra səsvermə keçirilib və Respublika Veteranları Təşkilatının Rəyasət Heyətinin qərarı təsdiq edilib. Sonra Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin yeni tərkibi səsə qoyularaq təsdiq edilib. VII Plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üçün tədbirlər planının təsdiq edilməsi barədə qərar qəbul olunub. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevə, eləcə də bir qrup veterana medallar təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info