Ukraynada Saakaşvili oyunu
Tarix: 06.12.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Baş prokuror: “Saakaşvili Yanukoviçin pulları hesabına mitinqlər təşkil edib”

Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur. Məlumatda, həmçinin Saakaşvilinin yaxın vaxtlarda dindiriləcəyi bildirilir. Onun vəkili Pavel Boqomazov isə deyib ki, Saakaşvili dövlət çevrilişinə cəhddə ittiham olunur. Mixeil Saakaşvili Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Kiyevdə saxlanılıb. Baş Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıblar. Hüquq-mühafizə orqanları bir qrup etirazçının müqavimətinə baxmayaraq, M.Saakaşvilini evindən çıxararaq avtomobillə hadisə yerindən uzaqlaşdırmağa çalışıb. Amma Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb. Ukraynanın baş prokuroru Yuri Lusenko brifinq keçirərək deyib ki, Saakaşvili hakimiyyəti ələ keçirmək məqsədilə Ukraynanın sabiq prezidentinin pullarından mitinqlərin təşkili üçün istifadə edib: “Biz bir sıra siyasətçilərin, ilk növbədə, Saakaşvilinin Yanukoviçin cinayətkar qruplaşması ilə əməkdaşlığını üzə çıxarmışıq. Saakaşvili və onun yaxın ətrafı onların pulları hesabına məqsədi Ukraynada hakimiyyəti ələ keçirmək olan etiraz aksiyalarını maliyyələşdiriblər”. Onun sözlərinə görə, o cümlədən 500 min dollar Saakaşvilinin vəkil etdiyi şəxsə - Severion Danqadzeyə verilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info