“Sahibkarların Vergilər Nazirliyi ilə mübahisələrinin 63,3%-i vergi ödəyicilərinin xeyrinə həll edilib”
Tarix: 06.12.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”.
 
Bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb.
 
“Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, - deyə H. Mirzəyev vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info