Binəqədidə yetkinlik yaşına çatmamış gənclərlə bağlı tədbir keçirilib
Tarix: 06.12.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışdı. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd etdi. Daha sonra söz Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərova verildi. Əkbər Əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış etdi. Binəqədi Rayon Polis İdarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı öz çıxışında tədbir iştirakçılarına Dini radikalizmin zərərli təsirləri haqqında məlumat verdi. Həkim Narkoloq Bəhram Əhmədov Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik mövzusunda iştirakçılara narkotikin törətdiyi silinməz fəsadlar haqqında məlumat verdi. Binəqədi rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova isə Yetkinlik yaşına çatmayan qızların erkən nigahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirdi.
Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirildi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info