Azərbaycanlı tələbələr Gülhanədə ağ önlük geyib
Tarix: 06.12.2017 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Sağlamlıq Elmləri Universiteti Diş həkimliyi fakültəsi 2017-2018 akademik ili birinci kurs tələbələri ağ önlük geyiblər. Gülhane Külliyyəsi Şəhid Tbp. Ütğm. Xəlil Akçiçek konfrans salonunda təşkil edilən mərasimə, Sağlamlıq Elmləri Universiteti rektoru Prof. Dr. Cövdət Erdöl, rektor köməkçisi Prof. Dr. Mustafa Gerek, Gülhane Diş Həkimliyi fakültəsi dekan vəkili Prof. Dr. Işıl Saygun, Ankara Diş Həkimləri Otağı başçısı Serhat Özsoy ilə çox sayda alim, administrativ personal, tələbə və valilər qatıldı.

Diş Həkimliyi dekan vəkili Prof. Dr. Işıl Saygun, mərasimin açılışında etdiyi çıxışında, Gülhane Diş Həkimliyi fakültəsinin qurulmasında göstərdiyi səyə və dəstəklərindən ötəri SBÜ rektoru Prof. Dr. Cövdət Erdölə təşəkkür etdi.
Prof. Dr. Işıl Saygun, salondakı tələbələ deyib ki, bir azdan peşə həyatınız boyunca formanız olacaq ağ önlüklərinizi geyəcəksiniz: “Xahişim budur ki, peşə həyatınızın hər mərhələsi geyəcəyiniz önlükləriniz kimi düm ağ və tərtəmiz olsun. Universitetimizi gələcəyə sizlər daşıyacaqsınız. Bizim üçün çox əhəmiyyətli və çox qiymətlisiniz. Sizlərə bütün təhsil həyatınızda müvəffəqiyyətlər diləyir və “xoş gəldiniz” demək istəyirəm."

Sağlamlıq Elmləri Universiteti rektoru Prof. Dr. Cövdət Erdöl isə çıxışında universitetə verdikləri dəstəkdən ötəri respublika başçısı Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli İldırım və YÖK başçısı Prof. Dr. Yekta Saraça təşəkkür etdi.

Prof. Dr. Erdöl, Gülhane bünyəsində Diş Həkimliyi Fakültəsi qurulması mövzusunda böyük bir istək olduğunu və bunun özlərinə nəsib olduğunu ifadə edib: “Bu gün geyəcəyiniz bu ağ önlük sizin dünyada ən böyük imtiyazınız olacaq. Baxın, bütün peşə qrupları fərqli, sağlamlıq peşə mənsubu fərqlidir. Diş həkimi, həkim, əczaçı sağlamlıq peşə mənsubları içində hamısını saya bilərik. Hamısı peşə, amma sağlamlıq mənsubu olmaq imtiyazlı bir işdir. Bu imtiyazlı yolu seçdiyiniz, seçdiyiniz və universitetimizi də seçdiyiniz üçün sizlərə mən təşəkkür edirəm."
Çıxışının ardından rektor Erdöl, iki tələbəyə ağ önlüyünü geydirdi. Daha sonra 60 diş həkimi namizədi ağ önlüklərini geydi. Xatırladaq ki, bu tələbələr arasında azərbaycanlı gənclər də var. Onlardan Süleyman Vəliyev, Rəhim Məmmədov, Ələkbər Kərimli, Nailə, Günel, Sümeyranın adını çəkmək olar.
Sonda mərasimdə universitet idarəçiləri, alimlər, tələbələr və valilər fotoşəkil çəkdirdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info