İmişlidə məhsul bayramı keçirilib
Tarix: 06.12.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Dekabrın 5-də İmişlidəki mədəniyyət sarayında məhsul bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Məhsul bayramı rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərginin nümayişi ilə başlanılıb.
Bayram mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda məhsul istehsalının ildən-ilə artdığını bildirib. Qeyd olunub ki, bu il rayonda 57 min 775 ton taxıl istehsal edilib, 15 min 641 hektar sahədə pambıq, 539 hektar bostan-tərəvəz bitkiləri və 485 hektar şəkər çuğunduru əkilib, 8 min 949 ton ət, 37 min 167 ton süd istehsal olunub. Məhsul bolluğunun emal sənayesinin də inkişafına şərait yaratdığı, İmişlinin həm də sənaye rayonlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, son illər rayonda “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndik kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, “İmişli Broyler” və “Araz” konservləşdirilmiş şirələr və konyak zavodu və digər istehsal müəssisələri istifadəyə verilib.
İcra hakimiyyətinin başçısı son illər rayonda aparılan abadlıq-quruculuq işləri, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən layihələr barədə də mərasim iştirakçılarına məlumat verib.
Məhsul bayramı maraqlı konsert proqramı ilə yekunlaşıb.
Bayram tədbiri başa çatdıqdan sonra rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatları Çingiz Qənizadə, Rüfət Axundov, Rövşən Rzayev və digər qonaqlar şəkər zavoduna gələrək, burada istehsal prosesi ilə tanış olublar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info