Bakıda “Azərbaycan: Avrasiyaya yeni körpü” mövzusunda beynəlxalq konfrans keçirilir
Tarix: 06.12.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi tərəfdaşlığı ilə “Azərbaycan: Avrasiyaya yeni körpü” adlı tədbir keçirilir.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə,  “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbirdə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib.
 
Rusiya “Ernst və Young” şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin regional intermodal daşımalarda rolu, Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu, Qırğızıstanda dəmir yolunun inkişafına dair ümumi məlumat, Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi, Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi, Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri, İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq, Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə, Yeni inteqrasiyalaşdırılmış dəmir  yolu dəhlizlərinin yaradılması, Tehran metrosunun yenilənməsi, Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksək sürətli qatar, Yüksək sürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər, Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması, eləcə də Davamlılıq, dəmir yolunda yeni və bərpa olunan enerji mənbələri  və digər məsələlər müzakirə olunur.
 
“Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində “Xəzər dənizi və Mərkəzi Asiya Dəmir Yolu” tədbiri təkcə regional bazarlardan nəqliyyat nazirlərini bir araya gətirməyəcək, o həm də dəmir yolunun inkişafına məsul şəxsləri, nəqliyyat operatorlarını, hökumət nümayəndələrini, podratçıları və təchizatçıları sərnişin və yük daşıma layihələri üçün strategiya, texnologiya və innovasiya barədə danışmaq üçün dəvət edəcək.
 
“Xəzər və Mərkəzi Asiya Dəmir Yolu” tədbiri Xəzər, İran və Mərkəzi Asiya hökumətləri ilə birgə həyata keçiriləcək yeganə dəmir yolu hadisəsi olmaqla yanaşı, regional və beynəlxalq hökumət nümayəndələrinin iştirakı baxımından digər regional dəmir yolu tədbirlərindən fərqlənir.
 
Tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq,  Əfqanıstan,  İraq, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistanın və digər ölkələrin nəqliyyat nazirliklərinin, dəmir yolu şirkətlərinin, eləcə də özəl qurumların nümayəndələri iştirak edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info