“Bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər”
Tarix: 06.12.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Dekabrın 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə “Həmrəylik-dini radikalizmə və ekstremizmə qarşı mübarizədə səmərəli vasitə” mövzusunda tədbir keçirilib.
DQİDK-dan bildiriblər ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və şirkətin nümayəndələri iştirak ediblər.
Komitə sədrinin müavini Səyavuş Heydərov çıxışında bu gün Azərbaycanda dini durumun sabit olduğunu, eyni zamanda, respublikamızda dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini bildirib. S.Heydərovun sözlərinə görə, bütün dinlərin nümayəndələri ölkəmizdə bərabərhüquqlu şəkildə fəaliyyət göstərirlər. Natiq respublikamızda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərdiyini diqqətə çatdırıb.
İslamın sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəssüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. S. Heydərov İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsinin Avropada islamofobiya hallarının artması ilə nəticələndiyini diqqətə çatdırıb.
Bəzi dairələr tərəfindən radikalyönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının qətiyyətlə alındığını bildirib. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan sədr müavini dini ekstremizmlə, dini radikalizmlə mübarizədə həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Natiq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” sənədli filmləri də radikalizmə qarşı mübarizədə önəmli rola malikdir.
DQİDK sədrinin müavini hər kəsi yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə radikal dini təsirlərə düşməmək üçün daha diqqətli olmağa çağırıb.
Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.
Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info