13 aqroparkın yaradılmasına 98 milyon manat ayrılıb
Tarix: 06.12.2017 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda indiyədək 13 aqroparkın yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 98 milyon manat həcmində vəsait ayrılıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dekabrın 6-da Bakıda "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişafı davam etdirilir.
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası barədə məlumat verən Niyazi Səfərov ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.
Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimatlar olub.
Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri təmsil etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoyuluşu imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər.
Sonra tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə davam etdirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info