Psixologiya elminin inkişafına töhfələr vermiş alim
Tarix: 06.12.2017 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim, pedaqoq, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunmuş “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Rektor qeyd edib ki, Ə.Əlizadə 1932-ci il avqustun 16-da Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb. Ə.Əlizadə Azərbaycan psixologiya elminin inkişafında mühüm xidmətlər göstərib. Görkəmli alim şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətlərini öyrənib, 1975-ci ildə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Ə.Əlizadənin dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə olub. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət - cinsi fərqlər psixologiyası istiqaməti yaranıb və uğurla inkişaf edib.
Rektor bildirib ki, professor Ə.Əlizadə "Elmi xəbərlər"in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalı redaksiya heyətinin üzvi kimi səmərəli fəaliyyət göstərib. Azərbaycanın ilk psixoloq alimlərindən olan Ə.Əlizadə uzun müddət ADPU-nun ümumi psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Professor Ə.Əlizadə çoxlu sayda elmi əsərin, məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Ənənəvi təhsildən təfəkkür məktəbinə keçidin psixoloji aspektlərini araşdıran psixoloq-alim bu sahədə dəyərli əsərlər yaradıb, elmi-pedaqoji kadrların hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərib. Ə.Əlizadə mötəbər beynəlxalq konfrans, simpozium, konqres və digər elmi tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Onun elmi-pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar Elm Xadimi adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Ə.Əlizadə 2015-ci il fevralın 22-də vəfat edib. Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoqun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Konfransın plenar iclasında Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov Ə.Əlizadəni çoxşaxəli elmi yaradıcılığa malik alim, xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən vətəndaş, həssas, qayğıkeş insan kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.
İclasda professor Ramiz Əliyevin “Professor Əbdül Əlizadə. Ləyaqətli insan, istedadlı alim” mövzusunda məruzəsi dinlənilib.
Sonra Ə.Əlizadənin oğlu, professor Hikmət Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Konfrans öz işini üç bölmədə iclaslarla davam etdirib. İclaslarda ümumilikdə 110 məruzə dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info