BMAM-də Bolqarıstan rəsmilərilə görüş keçirilib
Tarix: 06.12.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili, səfir əvəzi Yanko Yanakiyev və konsul Kiril Apostolovla görüş keçirilmişdir. Bu haqda BMAM Mətbuat Xidməti məlumat verib.
BMAM sədri, politoloq Rufiz Qonaqov Azərbaycan-Bolqarıstan əlaqələrindən danışaraq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırmışdır. Rufiz Qonaqov, eyni zamanda ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq, beynəlxalq aləmdə qazandığı uğurlarından danışıb.
Görüş üçün təşəkkürünu bildirən Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Yanko Yanakiyev iki ölkə arasındaki diplomatik, siyasi, iqtisadi, ticarət əlaqələrindən danışaraq , vətəndaş cəmiyyəti institutları arasında da bu əlaqələrin vacibliyini bildirmişdir. Cənab Yanko Yanakiyev, eyni zamanda gələn ilin ilk altı ayının Bolqarıstanın Avropa Birliyinə rəhbərlik edədəyinini mühum hadisə adlandırıb.
Görüşdə BMAM sədrinin xarici əlaqələr üzrə müşaviri, Ramin Səmədov, iqtisadi məsələlər üzrə müşaviri Nazim Süleymanov, baş məsləhətçi Esmira Həmzəbəyova, Bolqarıstanın Azərbaycandakı konsulu Kiril Apostolov iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info