İşğal olunmuş ərazilərə səfər şərtləri dəqiqləşdirilir
Tarix: 17.05.2013 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın işğal altda olan ərazilərinə istənilən ölkənin vətəndaşlığı olan və olmayan sakinlərinin gediş - gəliş şərtləri qanunvericilik ilə dəqiqləşdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin 4-cü maddəsində xüsusi müddəalar yer alır. Maddənin birinci hissəsində göstərilir ki, Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Xarici İşlər Nazirliyindən, diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər. Bundan başqa Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları ölkənin Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin razılığı əsasında Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər. Bu müddəanı pozan şəxslər Azərbaycan Cinayət Məcəlləsində tənzimlənəcək müvafiq maddələrə uyğun olaraq cəzalandırılacaqlar. Qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info