Bu il özünüməşğulluq proqramı ilə 1232 aztəminatı ailə kiçik ailə biznesini qurub
Tarix: 07.12.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “2018-ci ildə cari ildə olduğundan 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub”

Maykl Şerraden: “Azərbaycan məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malikdir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub. Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.
M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biridir. O, “Kapital və yoxsul əhali təbəqəsi”, “Amerikan arzusuna daxilolma” “Yoxsul əhali qənaət edə bilərmi?” (Mark Şreyner ilə birgə), “Aktivlərin yaradılması və aşağı gəlirli ailələr” kitabları ilə dünyada aztəminatlı ailələr üçün aktivlərin yaradılması sahəsində aparıcı alim hesab olunur. Eləcə də M.Şerradenin həmmüəllifi olduğu “Milli Xidmət”, “Müharibənin mənəvi ekvivalenti”, “Məhsuldar yaşlanma”, “Dünyada ictimai iş” kitabları sosial sahədə aktual mövzularda dərin elmi araşdırmaları əhatə edirlər. ABŞ və bir çox başqa ölkələrdə sosial siyasətlərin hazırlanmasında öz məsləhətlərini verən M.Şerraden 2010-cu ildə məşhur “Time” jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 nəfərindən biri hesab edilib. O, həmçinin Corc Varen Braun Universitetinin professorudur.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə M.Şerradenə məlumat verib.
S.Müslümov Azərbaycanda aparılan sosial müdafiə siyasətində aktiv tədbirlərə xüsusi önəm verilməklə məşğullluq amilinin ön planda dayandığını qeyd edib. Nazir bildirib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir. Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40 faizə qədəri bu proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun nəticəsində nəinki aztəminatlı ailələrin sosial yardım asılılığından çıxmasına, onların gələcəkdə fəal vergi və sosial sığorta ödəyicilərinə çevrilmələrinə də şərait yaradılmış olur.
S.Müslümov ötən il ölkəmizdə səfərdə olmuş Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla da nazirlikdə görüşün keçirildiyini, belə görüşlər zamanı aparılan fikir mübadilələrinin və məsləhətləşmələrin sosial siyasətin elmi yanaşmalar əsasında təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb, M.Şerradenlə də nazirlikdə görüşün təşkilindən məmnunluğunu ifadə edib.
M.Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. O, ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.
Görüş ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara, əmək resurslarının məşğulluq imkanlarının artırılması, inkluziv əmək bazarının inkişafı, aztəminatlı ailələrinin özünüməşğulluğunun və biznesə çıxışının dəstəklənməsi sahələrində görülən işlərə, bu sahələrdə perspektiv inkişaf istiqamətlərinə dair fikir mübadilələri ilə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info