ADNSU-da tələbələr arasında növbəti məlumatlandırıcı tədbir keçirilib
Tarix: 07.12.2017 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” na dair tələbələr arasında növbəti məlumatlandırıcı tədbir keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsinin və plandan irəli gələn tədbirlərin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib. Dosent A.Babayev Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması, eləcə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücəndirilməsi, korrupsiyaya qarşı mübarizədə davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmizin böyük uğurlar əldə etdiyini qeyd edib.
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrlə bağlı ADNSU-da görülən işlər barədə məlumat verib. B.Nəzərov elektron universitetin yaradılması, ADNSU-nun facebook səhifəsinin təkmilləşdirilməsi, universitetin saytının yenilənməsi, universitetin mətbuat orqanı olan “Oil and İndustry” jurnalının nəşr edilməsi, İctimai Etimad Şurasının yaradılması və görülən digər işlər haqqında məruzə ilə çıxış edib.
Qeyd edək ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 27 aprel 2016-cı il tarixində təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info