Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqlayıb
Tarix: 08.12.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər.
“RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir. İmzalanan fərmanla prezident Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqləyib. Proqrama Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub. Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub.

Bakı-Tbilisi-Qars dəmir yolunda yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır
Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejiminin müəyyən edilməsi üçün sınaqlar keçirilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, QSC-nin hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi, "Ukrayna investisiya-konsaltinq" şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə aparılıb. Sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə (hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və sair) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.
Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqadaları "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük Daşımaları Departamentinin yük və vaqon şöbələri rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.
Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info