Qüdsün statusu BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılır
Tarix: 08.12.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Fələstinin “Həmas” İslam hərəkatının siyasi bürosunun başçısı İsmayıl Haniyə ərəb ölkələrini ABŞ-la əməkdaşlığı dayandırmağa çağırıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar. Trampın bu addımı təkcə ərəb ölkələrində və müsəlman aləmində deyil, dünyanın çox yerində etirazlar doğurub. ABŞ-ın qəbul etdiyi qərarın sülh prosesini pozacağı, Yaxın Şərqdə gərginliyi artıracağı və yeni zorakılıq dalğası doğuracağı istisna olunmur. BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün birtərəfli qaydada İsrailin paytaxtı kimi tanınması ilə bağlı bu şəhərin statusu məsələsini bu gün müzakirəyə çıxaracaq. “Euronews” telekanalı xəbər verir ki, BMT TŞ-nin iclasının keçirilməsi üçün Təhlükəsizlik Şurasının üzvü olan səkkiz dövlət – Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç müraciət ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info