FTB direktoru Trampın əleyhinə çıxaraq işçilərini dəstəklədi
Tarix: 08.12.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Federal Təhqiqatlar Bürosunun (FTB) yeni direktoru Kristofer Rey dekabrın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komitəsi qarşısında çıxış edib. Rey Prezident Trampın “tvitter” səhifəsində FTB-ni tənqid edən qeydlərinə cavab olaraq, bu təşkilatın on minlərlə işçisini dəstəkləyib. O deyib: “Bu təşkilatdan yaxşı müəssisə və orada işləyən, həmin təşkilatın döyünən ürəyi olan kişi və qadınlardan yaxşı işçi yoxdur”.
Reyin bu çıxışı onun FTB işçilərini kəskin tənqid edən Prezident Trampa ilk açıq cavab bəyanatı olub. Xatırladaq ki, son istirahət günlərində Tramp öz tvitter səhifəsində FTB-ni “qərəzli müəssisə” adlandıraraq, hazırda bu qurumun reputasiyasının tarixdə ən kədərli vəziyyətdə olduğunu bildirib və daha sonra Büronun yeni rəhbərini “öz evini təmizləməyə” çağırıb.
Qeyd edək ki, Prezident Trampın FTB-nin əvvəlki direktoru Ceyms Komi ilə ciddi fikir ayrılıqları vardı. Həmin vəzifəyə 2013-cü ilin sentyabr ayında ovaxtkı prezident Obama tərəfindən təyin edilmiş Komi cari ilin may ayında Trampın əmri ilə işdən azad edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info