Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filminin ABŞ-da ilk nümayişi olub
Tarix: 08.12.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Los-Anceles din xadimləri: “Azərbaycan multikulturalizmi bütün dünyaya örnəkdir”

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bir günəş altında” filminin ABŞ premyerası Los-Ancelesdə uğurla keçib.
Kaliforniyanın Los-Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun sözügedən Kilsə ilə birgə keçirdiyi tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol və Ziyarətçilər Mərkəzinin rəhbəri Lif Erikson qonaqları salamlayaraq, bu cür mühüm tədbirə ev sahibliyi etdiklərindən məmnun olduqlarını bildiriblər. Son illərdə Los-Ancelesdə keçirilən tədbirlər vasitəsilə Azərbaycan multikulturalizmi ilə yaxından tanış olduqlarını bildirən natiqlər dünyada mədəniyyətlərarası dialoqa və tolerantlığa böyük ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin yüksək önəm daşıdığını qeyd ediblər.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıb. Diplomat Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb. Baş konsul, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılaraq, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasına xüsusi diqqət yetirdiyini qeyd edib. N.Ağayev bildirib ki, Azərbaycan “EXPO-2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi üçün namizədliyini irəli sürüb və bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Parisdə müvafiq təqdimat uğurla təşkil olunub. Baş konsul öz unikal multikulturalizmi ilə seçilən Azərbaycanın müxtəlifliyin və mədəniyyətlərarası əməkdaşlığın sərgilənməsi üçün bir platforma olan “EXPO-2025” üçün ən uyğun məkan olduğunu bildirib.
Daha sonra Los-Anceles Dinlərarası Şurasının həmsədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez, Kaliforniya Zərdüştlük Assosiasiyasının din xadimi, Şimali Amerika Zərdüştlük Assosiasiyaları Federasiyasının üzvü Mobed Zarrir Bhandara, Los-Anceles Bəhailərinin Dini Assambleyasının katibi, Kaliforniya Regional Bəhai Şurasının üzvü Randolf Dobs və Los-Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper çıxışlarında hazırda dünyanın bir çox yerlərində milli və dini ayrı-seçkiliyin, həmçinin irqçiliyin yayıldığı bir dövrdə Azərbaycanın öz multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıblar.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş etdirilib. Bu, 2016-cı ildə çəkilmiş filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Nümayişdən sonra amerikalı pianoçunun ifasında Azərbaycan klassik musiqisinin nümunələri tamaşaçılara təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info