Gömrükçülərimiz İsrail təcrübəsini öyrənirlər
Tarix: 08.12.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi GPS elektron kilidlərinin daha səmərəli istismarı ilə bağlı İsrail təcrübəsini öyrənir.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildiriblər ki, DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və həmin idarənin rəis müavini Razim Zamanov Təl-Əvivə səfərdə olublar.
İsrailə səfərin məqsədi bu ölkədə GPS - elektron nəzarət və izləmə sisteminin iş prinsipləri ilə tanışlıq, eləcə də GPS elektron kilidlərinin yeni modelləri ilə bağlı danışıqlar aparmaq olub.
Azərbaycan Respublikasının gömrük ərazisində 2013-cü ilin oktyabrından GPS elektron kilidlərindən istifadə olunur. Yük daşıyan nəqliyyat vasitələrinin yük yerləri Dövlət Gömrük Komitəsinin mobil gömrük bölmələri tərəfindən GPS elektron kilidləri ilə bağlanır. Məqsəd iki gömrük orqanı arasında malların daşınmasının, həmçinin nəqliyyat vasitələrinin hərəkətinin müəyyən olunmuş marşrut üzrə və müddət ərzində başa çatdırılmasına nəzarət etməkdir. Bununla, eyni zamanda, təhlükəsizlik təmin edilir və hüquqpozma hallarının qarşısı alınır.
Səfər zamanı Azərbaycan təmsilçiləri "Beniş GPS" şirkətinin rəhbərliyi və mütəxəssisləri ilə görüşdə GPS elektron kilidlərinin daha səmərəli istismarı və istismar müddətində yaranan problemlərin həlli ilə bağlı təkliflər verib və müzakirələr aparıb.
İsrail Gömrük Xidmətinin rəhbəri Avi Arditi ilə görüşdə iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən və perspektivlərdən bəhs edilib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin önəmi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info